Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz qətiyyəti və müdrik siyasəti sayəsində münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilir.

Bu illər ərzində Azərbaycan bütün danışıqlar və formatlarda öz haqlı mövqeyini ortaya qoysa da, mərhələli həll planını dəstəkləsə də, Ermənistanın buna razı olmaması və daim təxribatlar törətməsi münaqişənin həllini uzadırdı.

İkili standartlar və qərəzlə üzləşən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatlarına başladı.

İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı erməni silahlı qüvvələrini torpaqlarımızdan qovması ilə, demək olar ki, hər gün yeni-yeni ərazilər işğaldan azad olunur. Alınan hər bir kənd və şəhərlərin mərkəzində yenidən Azərbaycan bayrağı dalğalandırılır.

Prezident İlham Əliyev alınan hər bir yeni ərazi barədə xalqa məlumatlar çatdırır.

O, xalqa növbəti müraciətində bildirib:

“Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb.

Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Xalqımız döyüş meydanından, cəbhə bölgəsində səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.

Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”.

Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. İllərdir ki, Prezident bugünkü uğurlarımız üçün uzaqgörən siyasət yeridir və bu gün biz bunun müsbət nəticələrini görürük.

İşğalçı ölkə zəbt etdiyi bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi, şəhər və kəndlərimizi dağıdıb. Dövlətimizin başçısı çıxışları zamanı bildirib ki, dağıdılan hər bir məscidimiz bərpa ediləcək, bütün şəhərlərimiz, kəndlərimiz bərpa olunacaq.

Hazırda Azərbaycan artıq elə bir inkişaf mərhələsindədir ki, İlham Əliyevin atdığı siyasi addımlar yalnız bu günümüz üçün deyil, gələcək üçün də düşünülüb.

Bir neçə gün öncə Xudafərin körpüsü üzərində də Azərbaycan bayrağı qaldırıldı. XIII əsrdə inşa edilən, Araz çayı boyunca uzanan və İranı Azərbaycanın işğal edilmiş Cəbrayıl bölgəsi ilə birləşdirən Xudafərin körpüsünün azad edilməsi sosial-iqtisadi inkişafa da mühüm təkan verəcək.

Xalq hər bir zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inandı.

Ali Baş Komandanın dediyi kimi:

“Biz böyük qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaq”.

Xalqımız bir daha əmin oldu ki, İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!

Son xəbərlər

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031