Rusiya səhvini anladı: Azərbaycana tam dəstək - Müharibə olarsa..."Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq etməyə maraqlıdır və arada olan müəyyən soyuqluq onları narahat edir".
Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı səfərini şərh edərkən deyib:
"Qonşuluq və müttəfiqlik siyasətində əlbəttə ki, müəyyən qədər gərginlik, narazılıq və problemlər yaşanır. Bununla bağlı tərəflərin vaxtaşırı yüksək səviyyədə qarşılıqlı görüşləri, səfərləri baş tutur. Bu görüşlərdə yaranmış problemlər, gərginliklər müzakirə edilir və həllinə dair təkliflər irəli sürülür.
Əslində Azərbaycan tərəfi istər Tovuz hadisələrində, istərsə də ondan sonrakı müddətdə Rusiyaya qarşı hər hansı bir addım atmayıb. Lakin biz Rusiyanın strateji tərəfdaşlığa zid, təhlükəli hərəkətlərinin şahidi olduq. Bu da sadə məsələ olmadığı üçün dövlət başçısı İlham Əliyev həmkarı V. Putinə müraciət etdi və bütün narazı məqamları onun diqqətinə çatdırdı.
Həmin telefon zəngindən sonra Rusiya Müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfər etdi və ölkə başçısı ilə görüşdü. O, Prezident İlham Əliyevlə görüşündə ölkəsinin atdığı addımların səhv olduğunu və bundan sonra Rusiyanın Azərbaycanın maraqlarına toxunan, ərazi bütövlüyünü şübhə altına atan hər hansı bir addımın atılmasına imkan verməyəcəyini bildirdi”.
Politoloq Azərbaycanın Rusiya ilə gələcəkdəki əlaqələrinin formasında dəyişiklik olacağını da deyib:
"Hesab edirəm ki, keçmişlə bağlı artıq o qədər də dərinə getmək lazım deyil. Təbii ki, olanlar olub, bunu unutmaq olmaz, amma indiki məqamda daha çox irəli baxmaq lazımdır. Rusiya ilə əlaqələri elə qurmaq lazımdır ki, onlar Azərbaycanla ikili oyun oynamağın mümkün olmadığını anlasınlar".
Rusiya bu günə qədər Azərbaycanla olan münasibətlərindən sui-istifadə edirdisə, bundan sonra rəsmi Bakı buna imkan verməyəcək. Azərbaycan-Rusiya münasibətləri region üçün böyük bir rol oynayır.
Ümumiyyətlə, Azərbaycan indi 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü ordusu, düzgün xarici siyasəti var. Bizimlə hər hansı bir ölkə müttəfiqlik etmək istəyirsə, bunu şəffaf şəkildə etməlidir”.

Son xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31