Xəbərlər
10.09.2026, 22:19
Əzizə Ağahüseynqızı : DUNYANİN ƏN GÜCLÜ BƏSTƏKARISAN - FOTO
Şirin laylaların oyuncaqlarım,
Qolların, dizlərin nənnim olubdu.
Uzun gecələri yuxusuz qalıb,
Çöhrən avazıyib, gültək solubdu.
Yemək qazannından səkkiz pay çəkib,
Özünə bir tikə düşməyən anam.
Sənin zəhmətini duya bilərmi,
Həyat qazanında bişməyən adam?
Verdiyin öyüd də, o naz nemət də,
Halallıq timsalı, ruhun bəsidir.
Ata yurdundakı o köhnə təndir,
Əlinin sonuncu nişanəsidir.
Təndir qalayardın, çörək yapardın,
Başına yığardın hər simisarı.
Çörəyin ardıyca kökə yapardın,
Sevib əzizlərdin gül balaları.
Ömür dəryasında ruhun mayakdı,
İşığı, ziyası bitməyən anam.
Bircə yol yuxuma belə gəlməyən,
Surəti gözümdən getməyən anam.
Sənin varlığını nəyə bənzədim?
Könlümün oxuyan simli tarısan.
Sənin laylan ilə cahan gül açır,
Dünyanın ən güclü bəstəkarısan.

Qolların, dizlərin nənnim olubdu.
Uzun gecələri yuxusuz qalıb,
Çöhrən avazıyib, gültək solubdu.
Yemək qazannından səkkiz pay çəkib,
Özünə bir tikə düşməyən anam.
Sənin zəhmətini duya bilərmi,
Həyat qazanında bişməyən adam?
Verdiyin öyüd də, o naz nemət də,
Halallıq timsalı, ruhun bəsidir.
Ata yurdundakı o köhnə təndir,
Əlinin sonuncu nişanəsidir.
Təndir qalayardın, çörək yapardın,
Başına yığardın hər simisarı.
Çörəyin ardıyca kökə yapardın,
Sevib əzizlərdin gül balaları.
Ömür dəryasında ruhun mayakdı,
İşığı, ziyası bitməyən anam.
Bircə yol yuxuma belə gəlməyən,
Surəti gözümdən getməyən anam.
Sənin varlığını nəyə bənzədim?
Könlümün oxuyan simli tarısan.
Sənin laylan ilə cahan gül açır,
Dünyanın ən güclü bəstəkarısan.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








