
Xəbərlər
16.08.2020, 13:36
Həftənin ilk günündə hava necə olacaq? - PROQNOZ
17 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Turaztv.az"-ın Oxu.Az-a istinadən verilən məlumatına görə 17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














