Turaztv.az » Xəbərlər » Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
Xəbərlər

Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var

27.03.2026, 13:49 87
Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən bildirilib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər