
Xəbərlər
27.03.2026, 00:07
PÜSTƏ RƏVAN : ÇARƏSİZƏM MƏN - FOTO
Əsən küləklərdən soruşdum səni,
Ayrı bir kimsəm yox soruşum səni,
Səninlə bərabər cismim də gedib,
Susur ürəyim qoymur danışım.
Elə bil dəryadı düşdüyüm dünyam,
Sən gedən yolların çınqıl qayadır,
Gedən bəlli deyil, yoxdur gələnim,
Ürəyim od tutub param - paradır.
Qalıb təkcə gözüm uzanan yolda,
Yoxdu bir xəbəri yolların ancaq,
Baxıram yollara qəlbim sıxılır,
Elə bil duyuram sənə ehtiyac.
Gələcək sevgilim nə zaman mənə,
Könlümün budağı yaşıllaşacaq,
Səbirsiz xəyalım gözləyir səni,
Gəlsən üzümdə günəş doğacaq.
Ayrı çarəm yoxdur gözləyirəm mən,
Gözləmək özüdə qəlbə çarədir
İki sevənlərin biri zülümkar,
Gözü yolda qalan tək biçarədi.
Ayrı bir kimsəm yox soruşum səni,
Səninlə bərabər cismim də gedib,
Susur ürəyim qoymur danışım.
Elə bil dəryadı düşdüyüm dünyam,
Sən gedən yolların çınqıl qayadır,
Gedən bəlli deyil, yoxdur gələnim,
Ürəyim od tutub param - paradır.
Qalıb təkcə gözüm uzanan yolda,
Yoxdu bir xəbəri yolların ancaq,
Baxıram yollara qəlbim sıxılır,
Elə bil duyuram sənə ehtiyac.
Gələcək sevgilim nə zaman mənə,
Könlümün budağı yaşıllaşacaq,
Səbirsiz xəyalım gözləyir səni,
Gəlsən üzümdə günəş doğacaq.
Ayrı çarəm yoxdur gözləyirəm mən,
Gözləmək özüdə qəlbə çarədir
İki sevənlərin biri zülümkar,
Gözü yolda qalan tək biçarədi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






