Xəbərlər
27.03.2026, 00:47
Zöhrə Qaraqızı : LAÇINIM MƏNİM - FOTOLAR
Gözümdə açılır yeni mənzərə,
Gözəllik yaradıb hər bənd, hər bərə
Dəyişmərəm onu
lələ- gövhərə,
Müqəddəs məkandı
Laçınım mənim!
Başı ağ örpəkli
uca dağları,
Sinəmdə qövr edir hələ dağları....
Şükür ki, qayıdır o şən çağları,
Müqəddəs məkandı, Laçınım mənim!
Zirvədən dərəyə yollar görünür,
Yollar da işığa, nura bürünür.
Gedirsən arxanca gölgən sürünür,
Müqəddəs məkandı
Laçınım mənim!
Başının üstündə
qartallar süzür,
"Həkəri" şəninə mahnılar düzür.
Sinəsində hər gün mehmanlar gəzir,
Müqəddəs məkandı Laçınım mənim!
Zöhrənin gözündə cənnətdi Laçın,
Tanrıdan İlahi sərvətdi Laçın.
Adının fövqündə şöhrətdi Laçın,
Müqəddəs məkandı Laçınım mənim!
24.03.2026
Gözəllik yaradıb hər bənd, hər bərə
Dəyişmərəm onu
lələ- gövhərə,
Müqəddəs məkandı
Laçınım mənim!
Başı ağ örpəkli
uca dağları,
Sinəmdə qövr edir hələ dağları....
Şükür ki, qayıdır o şən çağları,
Müqəddəs məkandı, Laçınım mənim!
Zirvədən dərəyə yollar görünür,
Yollar da işığa, nura bürünür.
Gedirsən arxanca gölgən sürünür,
Müqəddəs məkandı
Laçınım mənim!
Başının üstündə
qartallar süzür,
"Həkəri" şəninə mahnılar düzür.
Sinəsində hər gün mehmanlar gəzir,
Müqəddəs məkandı Laçınım mənim!
Zöhrənin gözündə cənnətdi Laçın,
Tanrıdan İlahi sərvətdi Laçın.
Adının fövqündə şöhrətdi Laçın,
Müqəddəs məkandı Laçınım mənim!
24.03.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










