Turaztv.az » Xəbərlər » Millimiz Litvaya darmadağınla uduzdu
Xəbərlər

Millimiz Litvaya darmadağınla uduzdu

26.03.2026, 00:50 113
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Oxşar xəbərlər