Xəbərlər
TƏRANƏ MƏFTUN : HARDASIZ? - FOTO
Hardasız ay "mənəm, mənəm" deyənlər,
Sərvətiylə özlərini öyənlər?
Güvənərək qollarının gücünə,
Gücsüzləri yerli, yersiz söyənlər?
Hardasız ay özgə haqqın yeyənlər,
"Dünyada tək haqlı mənəm" - deyənlər?
Qonşusunu ac görüb üz çevirən,
Lovğalanıb gündə bir don geyənlər?
Hardasız ay haqsızlığa göz yuman,
Qəlbində kin, ürəyində toz, duman?
Çarəsizə bir köməyi yetməyən,
Yaxşılığı hər bir kəsdən tez uman?
Hardasız ay gen dünyaya sığmayan,
Bir yol iti, ac nəfsini boğmayan?
Savab işlə, xoş əməllə yaşayıb,
Könüllərdə günəş kimi doğmayan?
Hardasız ay bəyənməyən heç kəsi,
Eşitməyən doğru sözü, haqq səsi?
Günahlarla yaşayıb öz ömrünü,
Ah-naləylə dolu olan kisəsi?
Hardasız ay dağ selitək gurlayan
Hay-harayın hər tərəfə gur yayan?
Varlı, kasıb, gözəl, kifir, yaxşı, pis,
Ağ kəfəndə hamı yatır yanbayan.
Hardasız ay evləri villa, saray,
Bir evdəsiz çıxmır günəş, batmır ay.
Məzar dolu səssiz bir qəbiristan,
Hamınıza Yasin düşür bircə pay.
25.03.2926 12:55 III gün
Sərvətiylə özlərini öyənlər?
Güvənərək qollarının gücünə,
Gücsüzləri yerli, yersiz söyənlər?
Hardasız ay özgə haqqın yeyənlər,
"Dünyada tək haqlı mənəm" - deyənlər?
Qonşusunu ac görüb üz çevirən,
Lovğalanıb gündə bir don geyənlər?
Hardasız ay haqsızlığa göz yuman,
Qəlbində kin, ürəyində toz, duman?
Çarəsizə bir köməyi yetməyən,
Yaxşılığı hər bir kəsdən tez uman?
Hardasız ay gen dünyaya sığmayan,
Bir yol iti, ac nəfsini boğmayan?
Savab işlə, xoş əməllə yaşayıb,
Könüllərdə günəş kimi doğmayan?
Hardasız ay bəyənməyən heç kəsi,
Eşitməyən doğru sözü, haqq səsi?
Günahlarla yaşayıb öz ömrünü,
Ah-naləylə dolu olan kisəsi?
Hardasız ay dağ selitək gurlayan
Hay-harayın hər tərəfə gur yayan?
Varlı, kasıb, gözəl, kifir, yaxşı, pis,
Ağ kəfəndə hamı yatır yanbayan.
Hardasız ay evləri villa, saray,
Bir evdəsiz çıxmır günəş, batmır ay.
Məzar dolu səssiz bir qəbiristan,
Hamınıza Yasin düşür bircə pay.
25.03.2926 12:55 III gün










