Xəbərlər
Qoy Novruzun alovu dərdlərimizi yandırsın, Ramazanın nuru isə yolumuzu işıqlandırsın... - FOTO
Nəhayət Şirinova,
ADPU Quba Filialı
Heydər Əliyev Lektoriyasının müduri
Əziz Şəhid ailələri, sizin fədakarlığınız bu torpağın ən dərin kökləridir. Sizin səbriniz, qürurunuz və sonsuz sevginiz sayəsində bu Vətən nəfəs alır, bahar gəlir, bayramlar yaşanır. Novruzun oyanış nəfəsi də, Ramazanın ilahi nuru da ilk növbədə sizin evlərinizə düşsün. Hər birinizin qarşısında dərin ehtiramla baş əyirəm...Novruz təbiətin dirçəlişi, ümidin yenidən cücərməsi, qəlblərin saflaşması deməkdir. Ramazan isə ruhun kamilləşməsi, mərhəmətin və paylaşmağın zirvəsidir. Bu iki müqəddəs dəyərin eyni anda qovuşması həyatımıza həm mənəvi, həm də ruhani bir işıq bəxş edir.
Mən də, bu gözəl günlər münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ocaqlarınızdan sevinc, süfrələrinizdən bərəkət, qəlblərinizdən isə ümid heç vaxt əskik olmasın.Qoy Novruzun alovu dərdlərimizi yandırsın, Ramazanın nuru isə yolumuzu işıqlandırsın...
Bayramınız mübarək olsun!
ADPU Quba Filialı
Heydər Əliyev Lektoriyasının müduri
Bu müqəddəs günlərdə sözümün əvvəlini Vətənimizin ən uca zirvəsi olan Şəhidlərimizin əziz xatirəsinə və onların müqəddəs ailələrinə ünvanlayıram...