Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı hava limanı statusunu bir daha təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyası üzrə nüfuzlu “Skytrax World Airport Awards 2026” mükafatına layiq görülüb.

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, mükafat martın 18-də London şəhərində keçirilən və aviasiya sənayesinin aparıcı platformalarından biri olan “Passenger Terminal Expo World” sərgisi çərçivəsində təşkil olunan rəsmi mərasim zamanı təqdim edilib.

“World Airport Awards” aviasiya sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. Bu mükafatlar dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyənləşdirilir. 1999-cu ildən təqdim edilən mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini əhatə edən genişmiqyaslı qiymətləndirmələrə əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr tam müstəqil şəkildə formalaşdırılır.

Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri, o cümlədən qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinədək bütün xidmət infrastrukturu nəzərə alınır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu nüfuzlu mükafata layiq görülməsi hava limanında xidmət keyfiyyətinin davamlı yüksəldiyini, müasir idarəetmə yanaşmalarının tətbiq olunduğunu və beynəlxalq standartlara uyğun inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun əsas aviasiya qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930