İlaxır çərşənbəmiz, Gözəldir adətimiz. Bəzənibdir evimiz, Ürək açır süfrəmiz. Alovlanır tonqallar, Hey atlanır uşaqlar. Səmənili xonçalar, Yanan rəngarəng şamlar, Ocaq üstə plovlar, Papaq atan oğlanlar, Fal açan nazlı qızlar, Bayrama bir ruh verir, Könülləri şad edir, Hamı mübarək deyir!