Moskvada mobil internetdə genişmiqyaslı kəsintilər gündəlik həyata və biznes fəaliyyətinə ciddi təsir göstərir. Rabitə problemləri fonunda sakinlər ratsiya, peycer və stasionar telefonlara daha çox maraq göstərməyə başlayıblar.

"Turaztv.az" “Qafqazinfo” -a istinadən xəbər verir ki, mobil internetdəki fasilələr son günlər paytaxtda rabitə vasitələrinin satışını artırıb.

Bu vəziyyətin həm gündəlik ünsiyyətə, həm də iqtisadi fəaliyyətə mənfi təsir etdiyi bildirilir.

“Roskomnadzor”un monitorinq mərkəzinin məlumatına görə, martın 5-dən etibarən Moskvanın mərkəzində mobil internet trafiki əvvəlki ayla müqayisədə orta hesabla 20 faiz azalıb.

Kreml internet məhdudiyyətlərinin tətbiq olunduğunu təsdiqləsə də, səbəblər barədə geniş məlumat verməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məhdudiyyətlər “sistemli təhlükəsizlik tədbirləri” çərçivəsində həyata keçirilir və lazım olduğu qədər davam edə bilər.

Qeyd edilir ki, bu addımlar Rusiyada internet üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi siyasətinin tərkib hissəsi ola bilər.

Məhdudiyyətlərin ilk günlərində paytaxtın mərkəzində mobil internet, demək olar ki, tamamilə kəsilib. Bir müddət sonra isə yalnız dövlət tərəfindən təsdiqlənmiş bəzi veb-saytlara giriş bərpa olunub. Bu yanaşma “ağ siyahı” sistemi kimi tanınır.

Açıq qalan saytlar arasında dövlət xidmətləri platformaları, bank sistemləri, elektron ticarət saytları və hökumətyönlü media resursları yer alıb.

Son xəbərlər

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31