Mart ayının ilk həftəsi qlobal maliyyə bazarlarında həm makroiqtisadi göstəricilərin, həm də geosiyasi proseslərin təsiri ilə formalaşan yüksək volatilliklə yadda qaldı. ABŞ, Almaniya, Avrozona və İngiltərədə açıqlanan iqtisadi məlumatlar monetar siyasət gözləntilərini yenidən gündəmə gətirərkən, ABŞ–İran münasibətlərində davam edən gərginlik investorların risk qiymətləndirmələrini sərtləşdirdi. İnvestAz şirkətinin analitiklərinin fikrincə bu fon dünya birjalarında ehtiyatlı ticarət mühitinin formalaşmasına və əsas aktiv siniflərində nəzərəçarpacaq qiymət dəyişikliklərinə səbəb oldu.

ABŞ: iqtisadi göstəricilər və monetar siyasət gözləntiləri


ABŞ-da bu dövrdə açıqlanan makroiqtisadi məlumatlar iqtisadi aktivliyin müəyyən qədər zəiflədiyini göstərdi. İstehlak sektorunda artım tempinin yavaşlaması və bəzi biznes göstəricilərində müşahidə olunan ehtiyatlı dinamika Federal Ehtiyatlar Sisteminin monetar siyasətinə dair müzakirələri yenidən aktuallaşdırdı. İnflyasiyanın tədricən sabitləşməsi faiz endirimi perspektivlərini bazarlarda gündəmdə saxladı. İnvestAz şirkətinin analitikləri bu vəziyyətin ABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlı yüksəliş trendi formalaşdırmasının qarşısını aldığına və dolların dalğalı dinamika nümayiş etdirməsinə səbəb olduğunu vurğulayırlar.

Avrozona və Almaniya: zəif sənaye aktivliyi


İnvestAz şirkətindən verilən məlumata görə, Avrozonada və xüsusilə Almaniyada açıqlanan sənaye və biznes göstəriciləri iqtisadi bərpanın hələ də zəif olduğunu göstərdi. İstehsal sektorunda davam edən zəiflik Avropa iqtisadiyyatının əsas lokomotivi olan Almaniyanın hələ də struktur problemlərlə üzləşdiyini ortaya qoydu. İnflyasiya təzyiqlərinin aşağı qalması Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini davam etdirəcəyi gözləntilərini gücləndirdi. Bu fonda avro məhdud diapazonda ticarət olundu və Avropa fond bazarlarında ehtiyatlı mövqe üstünlük təşkil etdi.

İngiltərə: kövrək iqtisadi dinamika


İngiltərədə açıqlanan iqtisadi göstəricilər iqtisadi artımın zəif və qeyri-sabit qaldığını təsdiqlədi. İstehlak və investisiya göstəricilərində məhdud artım Bank of England-ın monetar siyasətdə ehtiyatlı mövqeyini qoruyacağını göstərdi. Bu fonda funt sterlinq beynəlxalq bazarlarda dalğalı ticarət nümayiş etdirdi və investorların İngiltərə iqtisadiyyatına yanaşması ehtiyatlı olaraq qaldı.

Geosiyasi proseslər: ABŞ–İran gərginliyinin bazarlara təsiri


02–08 mart həftəsində qlobal bazarlar üçün əsas geosiyasi risk ABŞ–İran münasibətlərində davam edən gərginlik oldu. Körfəz bölgəsində təhlükəsizlik narahatlıqları və sərt siyasi ritorika enerji bazarlarında risk premyasını artırdı. Bu vəziyyət investorların riskli aktivlərdən qismən uzaqlaşmasına və təhlükəsiz aktivlərə yönəlməsinə səbəb oldu. ABŞ–İran xəttindəki gərginlik xüsusilə neft və qızıl bazarlarında həssas qiymət reaksiyalarına səbəb oldu və bazar iştirakçıları regiondakı inkişafları diqqətlə izləməyə davam etdilər.

ABŞ dolları: qeyri-müəyyən və oynaq dinamika


ABŞ dolları həftə ərzində ziddiyyətli dinamika nümayiş etdirdi. İnvestAz mütəxəssisləri ildirirlər ki, ABŞ-da faiz endirimi gözləntilərinin müzakirə olunması dollar üçün zəiflədici faktor kimi çıxış etsə də, geosiyasi risklərin artdığı günlərdə dolların təhlükəsiz liman statusu qısamüddətli dəstək yaratdı. Nəticədə, dollar indeksi kəskin istiqamətli trend formalaşdırmadan dalğalı hərəkətlərlə yadda qaldı.

Neft: geosiyasi risk prəmiyası və dalğalı ticarət


Neft bazarlarında Körfəz regionunda artan gərginlik qiymətlər üçün əsas dəstək faktoruna çevrildi. İnvestAz Analitikləri düşünürlər ki, ABŞ–İran münasibətlərindəki risklər mümkün təchizat problemləri ehtimalını artıraraq “Brent” və “WTI” markalı neft qiymətlərində risk premyasını yüksək saxladı. Bununla yanaşı, qlobal iqtisadi artımın zəif qalması neft qiymətlərinin kəskin yüksəlməsinin qarşısını aldı və bazarda dalğalı dinamika müşahidə olundu.

Kriptovalyuta bazarları: volatilliyin davamı


Kriptovalyuta bazarları bu dövrdə yüksək volatillik şəraitində ticarət olundu. Yanvar ayının sonlarında baş verən kəskin enişdən sonra bazar qismən bərpa cəhdi göstərsə də, geosiyasi risklər və qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik investor inamının tam bərpa olunmasına mane oldu. Nəticədə kriptovalyutalar həftə ərzində oynaq və qeyri-sabit qiymət dinamikası nümayiş etdirdi.

Cari həftə ərzində diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, ABŞ-da dərc olunacaq ÜDM, inflyasiya, əmək bazarı və mənzil bazarı hesabatlarına, Ticarət Saldosu, Titinti Sektorunda İcazələrin Sayı göstəricilərinə, Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Sənaye İstehsalının həcmi göstəricilərinə, eləcə də, İngiltərədə və Yaponiyada yayımlanacaq ÜDM hesabatlarına yönələcək.

EUR


Ötən həftəyə 1.17700 səviyyəsində başlayan EURUSD məzənnəsi həftə ərzində 1.15300 hədlərinə kimi ucuzlaşsa da, ötən həftənin son günü bir qədər yüksəldi və həftəni 1.16050 səviyyəsində tamamladı. Lakin, məzənnə Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar fonunda yeni həftəyə ciddi bir fərqlə - 1.15490 həddində start verdi. Həftənin ilk ticarət günündə 1.16450 səviyyəsinə qədər bahalaşan valyuta cütlüyü hazırda 1.16170 hədlərində ticarət olunur. Əgər “ayılar” qiyməti 1.16000 həddinin altına qaytara və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

GBP


Keçən həftəyə 1.34450 həddində başlayıb, 1.32520 hədlərinə kimi ucuzlaşan GBPUSD məzənnəsi daha sonra bir qədər bahalaşdı və həftəni 1.33900 səviyyəsində tamamladı.

Yaxın Şərqdə artan hərbi ritorika və eksolasiya fonunda yeni həftəyə 1.33400 həddində başlayan məzənnə 1.34470 hədlərinə kimi bahalaşsa da, hazırda 1.34320 hədlərində ticarət olunur.

XAUUSD


Geosiyasi risklərin artması və qlobal iqtisadi qeyri-müəyyənlik qızıl bazarında alıcı marağını gücləndirdi. ABŞ–İran gərginliyi fonunda investorlar riskdən qorunma məqsədilə qızıla yönəldilər və qiymətli metal həftə ərzində möhkəmlənmə meyli nümayiş etdirdi. Dolların oynaq davranışı da qızılın qiymət dinamikasına əlavə dəstək verdi.

ABŞ - İran münasibətlərinin hərbi fazaya keçməsi nəticəsində qızıl yeni həftəyə də 5100$ dollar həddinin üzərində başladı və 5187$-a kimi bahalaşdı. Hazırda 5170$-dan təklif edilən qızılın qiyməti 5240$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakter ala bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin


Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.


Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

APA-Economics

Son xəbərlər

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31