Mərkəzi Bank faiz dəhlizinin parametrlərini açıqlayıb
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,25 səviyyəsində saxlanılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən toplantıdan bəri illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib. Ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımları ölkə iqtisadiyyatına inflyasiya idxalını sürətləndirsə də, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin isə möhkəmlənməsi bu idxal inflyasiyasını əhəmiyyətli məhdudlaşdırır. Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti qərarları və hökumət tərəfindən qəbul olunan antiinflyasiya tədbirlərinin həyata keçirilməsi də inflyasiyaya məhdudlaşdırıcı təsir edir. Digər tərəfdən 2022-ci ilin sonuna pul təklifinin artım proqnozunun aşağıya doğru təshih edilməsi kəmiyyət amilləri hesabına monetar şəraiti sərtləşdirməklə inflyasiyaya azaldıcı təsir göstərir və pul siyasətinin dəyər baxımından əlavə sərtləşdirilməsinə zərurəti azaldır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qlobal iqtisadiyyatda meyillər, ölkə iqtisadiyyatının və maliyyə bazarlarının bu meyillərə reaksiyası, inflyasiya proqnozunun faktla müqayisəsi nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib. Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12,1 faiz artıb. Aylıq inflyasiya isə 1,1 faiz olub. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16,8 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, xidmətlər isə 10 faiz bahalaşıb.

Dünya birjalarında əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir. Dünya Bankının məlumatına görə martda dünya əmtəə qiymətləri enerji məhsulları ötən ilin eyni ayına nəzərən 2 dəfədən çox, qeyri-enerji məhsulları üzrə isə 31,7 faiz yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri təkcə mart ayında 12,6 faiz, son bir ildə isə 33,6 faiz artıb. Bütün bunlar tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi ilə müşayiət olunsa da, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiya idxalını əhəmiyyətli məhdudlaşdırır.

Ötən iclasdan bəri ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilib. İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin I rübündə 24,5 faiz təşkil edib ki, bu da bundan əvvəlki rübdəki 28,6 faizdən azdır.

Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.

Xarici sektor. Geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.

Ötən iclasdan bəri Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalıb. “Brent” markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələmişdir. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.

İxrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq inflyasiya yaratmadan davam edir və iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir.2022-ci ilin I rübündə ümumi daxili məhsul real ifadədə 6,8 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 10,3 faiz artıb. İqtisadi artım qeyri neft-qaz sənayesində 16,4 faiz, kənd təsərrüfatında 3,4 faiz, tikintidə 5,6 faiz olub.

İqtisadi artım başlıca olaraq daxili tələb hesabına dəstəklənir. 2022-ci ilin I rübündə ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5,2 faiz artıb. Bu dövrdə qeyri-neft investisiyalarının artımı 10,1 faiz təşkil edib.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə biznes inam indeksi martda əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlib. Martda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satış gözləntisi və xidmətdə tələb gözləntisi də əvvəlki aya nəzərən yüksəlib.

Geosiyasi və geoiqtisadi vəziyyətin qlobal mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklərə baxmayaraq beynəlxalq təşkilatlar və başlıca analitik mərkəzlər də cari ildə Azərbaycanda iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar.

Monetar şərait. Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.

Valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.

Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7,2 faiz azalıb. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilib ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcək.

2022-ci ilin I rübündə bank sistemi üzrə kredit portfeli 5,2 faiz artıb. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3,9 faiz artıb.

Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməyib.

Risklər balansı.

İnflyasiyanın risk balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik olmayıb.

Geosiyasi və geoiqtisadi gərginliyin daha uzunmüddətli xarakter alması başlıca risk olaraq qalır. Bu, dünyada inflyasiya təzyiqlərinin yüksək olaraq qalmasına səbəb ola bilər. Tərəfdaş ölkələrdə yüksək qiymət artımları və təchizat zəncirindəki problemlər idxal üzərindən Azərbaycana təsir edə bilər. Monetar şərait, o cümlədən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amildir. Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması ehtimalı yüksəlib.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar 2022-ci il aprelin 29-da qüvvəyə minir. Pul siyasəti qərarına dair növbəti açıqlama 2022-ci il iyun ayının 17-də veriləcək.

Son xəbərlər

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31