BVF-nin rəhbəri: Qlobal maliyyə sabitliyi riskləri artıb
Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik yüksək olaraq qalır və maliyyə sabitliyi riskləri artıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, BVF-nin rəhbəri “2023 - Çin İnkişaf Forumu”nda çıxışında deyib: “Borc səviyyələrinin getdikcə artdığı bir dövrdə inflyasiya ilə mübarizə üçün zəruri olan və uzun müddət davam edən aşağı faiz dərəcələrindən daha yüksək dərəcələrə sürətli keçid qaçılmaz olaraq streslər və zəifliklər yaradır. Siyasətçilər maliyyə sabitliyi risklərinə cavab olaraq qətiyyətlə hərəkət etdilər və qabaqcıl iqtisadiyyatın mərkəzi bankları ABŞ dolları likvidliyinin təminatını artırdılar. Bu tədbirlər bazar stresini müəyyən dərəcədə azaldıb, lakin qeyri-müəyyənlik yüksəkdir ki, bu da sayıqlığı zəruri edir".

K.Georgiyeva vurğulayıb ki, dünyanın rəqib iqtisadi bloklara bölünməsinə səbəb ola biləcək "geoiqtisadi parçalanma" prosesi əlavə gərginlik yaradır. Onun sözlərinə görə, belə bir bölünmə insanları daha yoxsul və təhlükəli vəziyyətə sala bilər. “Bu səbəbdən qlobal iqtisadiyyat ortamüddətli perspektivdə zəif qalacaq”, -deyə o vurğulayıb.

Fondun rəhbəri bildirib ki, BVF bu il qlobal iqtisadi artımın 3 faizdən aşağı düşəcəyini gözləyir, çünki dünya üzrə bir çox mərkəzi bankların monetar sərtləşdirmələri iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Onun sözlərinə görə, 2024-cü ilin daha yaxşı perspektivə malik olmasına baxmayaraq, gələn il qlobal artımın orta tarixi göstəricidən - 3,8 faizdən aşağı qalacağı proqnozlaşdırılır.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930