Xəbərlər
26.02.2026, 20:40
Müəllif. M. Duyğulu : Əsrlər keçsə də unudulmasın -FOTO
MƏN ANA İDİM
Mən ana idim...
Qucağımda bahar qoxulu körpəm
Hələ gözlərində yuxusu vardı.
Heç zaman düşünə bilməzdim ki,mən,
Qışın da borandan qorxusu vardır
Səslər gəldi -
Yağdı başımıza odlu güllələr,
Qorxudan bir anlıq lal oldu dilim.
Həmin an başıma vurdu sillələr,
Beşiyin üstündə titrəyən əlim.
Qaçdım...
Körpəmi elə bərk qucaqlamışdım,
Bilmirdim dünyanın harasındayam.
Bir onu bilirdim, hər an, hər addım,
Həyatla ölümün arasındayam.
Susdum..
Sinəmə sancılan son ümidıərim,
Balamın sonuncu nəfəsi oldu.
Şaxtadan - sazaqdan donan dizlərim,
Çarəsiz qəlbimin naləsi oldu .
Bağırdım...
Bu çığlıq, amma tək mənim deyildir,
Millətin yüksələm harayı idi.
Göylərdən yerlərə ələnən hər bir,
Bəyaz qar, bir matəm sarayı idi.
O gecə..
Balamı o gecə torpağa deyil,
Balama tapşırdı məni o torpaq.
Qar üstə o cansız bədən elə bil,
Mələk qanadıtək oldu ağ-appaq.
O gecə yağan qar, bərəkət deyil,
Yalnız Şəhidlərin kəfəni oldu
İyirmi altı fevral, o tarix, o il,
Altmış üç körpənin canını aldı.
Xocalı soy qırımı..
O günün adını tarix qoydular,
Mənsə yarım qalan layla deyirəm.
Nə zaman qış gəlir, yağır bəyaz qar,
Balamı geriyə mən istəyirəm.
İndi illər keçib...
Ruhuma o ilin sazağı dəyir,
Hələ əriməyib zamanın qarı.
Yenə də soyuqdan sanki titrəyir,
Ovcumda balamın buz barmaqları.
Mən ana idim...
Bir vaxtlar mən də bir ana olmuşam,
İndisə tarixin qanlı yaddaşı.
Əsrlər keçsə də unudulmasın,
Məntək anaların acı göz yaşı.
Hələ gözlərində yuxusu vardı.
Heç zaman düşünə bilməzdim ki,mən,
Qışın da borandan qorxusu vardır
Səslər gəldi -
Yağdı başımıza odlu güllələr,
Qorxudan bir anlıq lal oldu dilim.
Həmin an başıma vurdu sillələr,
Beşiyin üstündə titrəyən əlim.
Qaçdım...
Körpəmi elə bərk qucaqlamışdım,
Bilmirdim dünyanın harasındayam.
Bir onu bilirdim, hər an, hər addım,
Həyatla ölümün arasındayam.
Susdum..
Sinəmə sancılan son ümidıərim,
Balamın sonuncu nəfəsi oldu.
Şaxtadan - sazaqdan donan dizlərim,
Çarəsiz qəlbimin naləsi oldu .
Bağırdım...
Bu çığlıq, amma tək mənim deyildir,
Millətin yüksələm harayı idi.
Göylərdən yerlərə ələnən hər bir,
Bəyaz qar, bir matəm sarayı idi.
O gecə..
Balamı o gecə torpağa deyil,
Balama tapşırdı məni o torpaq.
Qar üstə o cansız bədən elə bil,
Mələk qanadıtək oldu ağ-appaq.
O gecə yağan qar, bərəkət deyil,
Yalnız Şəhidlərin kəfəni oldu
İyirmi altı fevral, o tarix, o il,
Altmış üç körpənin canını aldı.
Xocalı soy qırımı..
O günün adını tarix qoydular,
Mənsə yarım qalan layla deyirəm.
Nə zaman qış gəlir, yağır bəyaz qar,
Balamı geriyə mən istəyirəm.
İndi illər keçib...
Ruhuma o ilin sazağı dəyir,
Hələ əriməyib zamanın qarı.
Yenə də soyuqdan sanki titrəyir,
Ovcumda balamın buz barmaqları.
Mən ana idim...
Bir vaxtlar mən də bir ana olmuşam,
İndisə tarixin qanlı yaddaşı.
Əsrlər keçsə də unudulmasın,
Məntək anaların acı göz yaşı.
26. 02.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












