YAP-çı millət vəkili Anar Məmmədov Tərtər rayonu Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüş zamanı millət vəkili ailənin qayğıları ilə maraqlanıb, şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Anar Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyi olan şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azər Qasımov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 29-u Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.






Son xəbərlər

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930