Xəbərlər
22.02.2026, 19:27
İlqar Süleymanlı Bizəban : QƏZƏL - FOTO
Olmayıbdır mənə biganə, o yar əvvəldən,
Tutmayıbdır özünü məndə kənar, əvvəldən.
Əyləşib təxti - rəvan könlümə qalxıb zülfə,
Ərşi eşq ətrinə etmişdi xumar, əvvəldən.
Hər bəlayə - məni o hifz edərək - sədd çəkib,
Fəqət, eşqində rəva görmüb hasar əvvəldən.
Bir fəqirəm, ən uca rütbədəyəm aləmdə,
Yaradan, başıma çəkmişdi tumar, əvvəldən.
Bəzmi-əladə qoyub həm məni adəm yerinə,
Yerə sakınliyimə verdi qərar əvvəldən.
Yay, payız, qış silə bilməz izimi kuyindən,
Könlümə çünki edib həkk bahar əvvəldən.
Bizəban Yar ilə tamdır, yarı yoxsa, deməyin
Yoxdu nə yox kimi, nə,var kimi var, əvvəldən.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay