
Xəbərlər
14.07.2020, 16:40
Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq (RƏSMİ)
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









