
Xəbərlər
8.02.2026, 22:07
GÜNƏŞ İŞIĞIYLA SƏMA ZALINDA...
GÜNƏŞ İŞIĞIYLA SƏMA ZALINDA...
Ot kökü üstə bitər
Yaşadığımız tarix boyu insanın şüuraltı düşüncələrində belə onun yaşadığı məkan onun üçün fərqli olub. Dünyaya göz açdığı məkan olan isti ocağı, doğma insanların toplum halında yaşadığı yerdən başlanıb vətən. Həyat davam etdikcə qan qohumlarının sayı artdıqca irqi, di¬ni, məsləki bir insanlar toplum halında yaşayıb bir millət olmuş, bu millətin birgə yaşadığı tor¬paq onu qoruyanların, onu sevənlərin könül məhbubu olmuşdur. Torpağın yadellilərdən müda¬fiəsi zamanı canını belə qurban verən insanlar bu torpaqları qiymətləndirərək ana vətən titulu qazandırmışlar. Axı bu müdafiə zamanı qorxmaz insanların qanı bu torpağa axmış və əbə- diyyən torpağa qarışmışlar.
Torpaq onu sevib canını fəda edənlərin igidliyi ilə yoğrulmuşdur. Belə qəhrəmanlar və bu qəhrəmanları əbədiyyən yaşadan və onları özlərinə örnək bilən insanlar vətənpərvər adlandı¬rılmışlar. Vətənpərvərlik və şəhidlik ta qədimdən mövcud olmuşdur. Vətən uğrunda canını fə¬da edənlər şəhid adlandırıldığı kimi onların mübarizə yolunun şəhadət adlandırılması da məhz hər kəsin düşüncə tərzində əbədi formalaşmışdır. Şəhidlik ən uca məqam, ən ali titul, insan¬lığın ən yüksək zirvəsidir. Bu titul hər adəm övladına qismət olmur.
Çünki yaşadığı həyat boyu mənəviyyatı pak, amalları, niyyətləri təmiz insanlar, vətəndaş adının layiqliləri şəhadət yolunun yolçuları, igidlik məktəbinin müdavimləri olmuş və olurlar. “Ot kökü üstə bitər” misalı da məhz bu psixoloji düşüncələrin bəhrəsidir.
30 il yağıların əsarətində olan torpaqlarımız Ali Baş Komandanımızın və xalqımızın igid oğlanlarının birgə məqsəd-məramı, həm siyasi, həm cismani gücü sayəsində azadlığa qovuş¬du.
2020-ci ilin sentyabrında səfərbərlik elan olunması və 27-də müharibənin başlanması, tor¬paqlarımızın müdafiə olunması və döyüşlər sayəsində geri alınması üçün ordumuz mübarizəyə başladı.
Bu mübarizəyə yüzlərlə vətənpərvər insan könüllü olaraq qoşuldu və 44 gün davam edən müharibədə igidlərimiz zəfər tarixini yazdı. Lakin bu qələbə ilə barışmaq istəməyən erməni se¬paratçıları sərhəd zonalarında tez-tez terror hadisələri, toqquşmalar törədirdilər. Əlbəttə bu hərəkətlərin cavabı layiqincə verilirdi. Lakin bilirik ki, qələbə qurbansız olmur, vətən və torpaq da şəhidsiz vətənləşmir. Şəhidlər isə igidlərin igidləri seçilənlərdir. Bax, belə seçilən oğullar¬dan biri idi Mirazim və Səba Səmədovların can parçası Xəyyam.
Antiterrorun can acısı
19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu şəhid olmuşdu.
Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgərlər(çağırışçı) idilər.
Mirzəbəylinin mayor oğlu
Hər kəsin özünəməxsus şəxsi məlumatlar yaddaşı olur. Belə yaddaşlar içərisində ən qısa və ən zəngin məlumatlısı isə hərbçilər və şəhidlər haqqında olan şəxsi məlumatlardır. Xəyyam Səmədovun şəxsi məlumatlarında olduğu kimi...
Doğum tarixi-16.01.1986
Doğum yeri-Qəbələ, Mirzəbəyli kəndi
Təhsili-ali
Məktəb-Qəbələ rayonu, Mirzəbəyli kənd orta məktəbi
Ali təhsili-Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbi
Ailə vəziyyəti-evli, övladları-2
İş yeri-Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Hərbi fəaliyyəti
Qoşun növü-Quru Qoşunları
Mükəlləfiyyət-Həqiqi hərbi xidmət
Rütbə-Mayor
Döyüşdüyü yerlər-Ağdərə
Medal və ordenlər-11 müxtəlif orden və medallarla təltif olunmuşdur.
Şəhidlik zirvəsi
Şəhid olduğu tarix - 20.09.2023
Şəhid olduğu yer-Ağdərə
Dəfn olunduğu yer-Qəbələ, Mirzəbəyli kənd qəbiristanlığı
Hər bir şəhid günəşin bir şəfəqi... Göy qübbəsindən yer üzünə işığıyla enər. Günəş öz işığı¬nı gecələr tənzimləyərək paylayar ki, qaranlıqlar çəkilib gündüz işığı gəldikcə insanlara bir is¬tilik, doğmalıq bəxş edə... Gecənin ulduzları günəşi gizlətmək üçün “çox çalışarlar”, ancaq bacarmazlar. O xırda ulduzlar günəşin bir şəfəqinin işığına belə tab gətirməzlər. Şəhidlik də ig¬idliyin bariz nümunəsidir və buna görə də, günəşsiz kainat olmadığı kimi, şəhidsiz də vətən ol¬mur. Bax, belə bir günəş şəfəqidir baharömürlü Xəyyam Səmədov. Dumanlar , qar şaxtası, qış bəyazlığı belə günəşi gizlədə bilməz, bu şəfəqlər işıq seli ilə özünü biruzə verər.
Xəyyam da günəş işıqlarının səma zalında yaşayır, əzizlərini, vətənini seyr edə-edə... Ya¬şayış ünvanının ən dəqiq yeri isə vətənpərvər insanların ürəkləri...
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən...
16 yanvar Xəyyam Səmədovun cənnətdəki doğum gününün 3-cü ilidir. Həmişə ailəsinin, bəzən də iş yoldaşlarının əhatəsində qeyd etdiyi həyatının tarixi gününü 3 ildir ki, silahdaşları¬nın ruhları ilə birgə qeyd edir... Ancaq tarix yazanları tarix unutmur, vətən, torpaq sevgisi olan hər kəs igidlərinin mövludunu və anım gününü həmişə xatırlayır və məzarlarını, ailələrini ziya¬rət edirlər. Şəhidin doğum günündən bir gün əvvəl-yanvarın 15-də Mirzəbəyli kənd orta mək¬təbində şəhidin mövluduna həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhi¬din məzarını ziyarət etmiş, məzarüstünə güllər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Sonra tədbir məktəb binasında davam etmişdir.
Tədbirdə məktəb kollektivi ilə bərabər şəhidin ailə üzvləri, dərd ortaqları-şəhid valideynləri və əzizləri, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin və başqa idarə və müəs¬sisə nümayəndələri ilə birgə qazi və döyüşçülər, şəhidin döyüş və məktəb yoldaşları, kənd ziy¬alıları, vətənpərvər insanlar iştirak etmişlər.
Tədbiri məktəbin direktoru Əsmayə Hüseynova açmış, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Əsmayə Hüseyno¬va vətənpərvərlik və məktəbin məzunu olmuş Xəyyam Səmədov haqqında məlumat vermiş¬dir. Həmçinin şəhidin xatirə tədbirində RİH-in nümayəndəsi Rəşad İbrahimli, Mirzəbəyli Kənd İnzibati Dairəsi üzrə nümayəndə Absalam Hüseynov, Qəbələ təhsil sektorunun müdiri Arifə Bayramova, şəhidin ailə üzvləri-ata-anası-Mirazim və Səba Səmədovlar, həyat yoldaşı Piyalə Səmədova və övladları çıxış etmişlər. Şəhid ailələrindən Əsli Babayeva, Eldəniz Niftalıyev və başqaları, həmçinin, “Qəbələ səsi” qəzetinin Baş redaktoru Azad Məmmədov çıxış etmişlər.
Məktəblilərin əbədi-bədii kompozisiyası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılan¬mışdır.
Unutqanlıq bizə yad olmalı, tarix onu yenidən yazanları əbədiyyən yaşatdığı kimi insanlar da vətəni vətən edən igidləri əbədiyyən yaşatmalıdırlar. Hər bir şəhidin sükut içində olan şə¬kildəki baxışlarını oxumaq lazım. Bilirsiniz nə deyir o baxışlar?! Xəyyamın baxışları dediklərini!
Qədim tarix dərəsindən,
Səs ver mənim səsimə sən...
BİBİXANIM






