
Xəbərlər
8.02.2026, 21:57
BRİLYANT QURBANOVA : Götürsün çiyninə əllər, aparsın - FOTO
Aparsın
Köçsə bu dünyadan bir şair ömrü,
Bülbüllər ağlasın, güllər aparsın.
Mən Vətən qızıyam, qərib deyiləm,
Basıb sinəsinə ellər aparsın.
Gördüm dağ başında əriyən qarı,
İnsanın ömrünü çeynəyən varı,
Mənə tən gəlməyən ya dostu, yarı,
Qomarsın küləklər, sellər aparsın.
İnsanlıq adına ləkə olanı,
Elin dar günündə gendə qalanı,
Ürəyi xəbisi, dili yalanı
Götürsün çiyninə əllər, aparsın.
Bülbüllər ağlasın, güllər aparsın.
Mən Vətən qızıyam, qərib deyiləm,
Basıb sinəsinə ellər aparsın.
Gördüm dağ başında əriyən qarı,
İnsanın ömrünü çeynəyən varı,
Mənə tən gəlməyən ya dostu, yarı,
Qomarsın küləklər, sellər aparsın.
İnsanlıq adına ləkə olanı,
Elin dar günündə gendə qalanı,
Ürəyi xəbisi, dili yalanı
Götürsün çiyninə əllər, aparsın.
B. Atəş.
08.02.2026.
08.02.2026.







