
Xəbərlər
8.02.2026, 21:37
Natella Nur : BU GÜNLƏ BİZ YAŞAYAQ - FOTO
Qiymətlidir günümüz,
Allah verən ömrümüz.
Hər günə şükür edək,
Həyata dəyər verək.
Unudaq kədərləri,
Hər olub keçənləri.
Vicdansızlar düzəlmir,
Ömür bizi gözləmir.
Yaxşıya dəyər verək,
Könülləri şad edək.
Sonra- sonra deməyək,
Sonranı gözləməyək.
Həyat çox etibarsız,
Ömürlər də vəfasız.
Bu günlə biz yaşayaq,
Xoşbəxt anlar yaradaq.
Allahdan sevgi alaq,
İnsanlara paylayaq.
Qoy xoş keçsin günümüz,
Gözəlləşsin ömrümüz!
Allah verən ömrümüz.
Hər günə şükür edək,
Həyata dəyər verək.
Unudaq kədərləri,
Hər olub keçənləri.
Vicdansızlar düzəlmir,
Ömür bizi gözləmir.
Yaxşıya dəyər verək,
Könülləri şad edək.
Sonra- sonra deməyək,
Sonranı gözləməyək.
Həyat çox etibarsız,
Ömürlər də vəfasız.
Bu günlə biz yaşayaq,
Xoşbəxt anlar yaradaq.
Allahdan sevgi alaq,
İnsanlara paylayaq.
Qoy xoş keçsin günümüz,
Gözəlləşsin ömrümüz!
08.02.2026







