Bir çox insan sağlam qalmaq və özünü gümrah hiss etmək üçün detoks proqramlarını zəruri hesab edir. Ancaq mütəxəssislər bu fikrin hər zaman doğru olmadığını vurğulayır. Onların sözlərinə görə, insan orqanizmi zərərli maddələrdən təmizlənmək üçün kifayət qədər güclü və effektiv mexanizmlərə malikdir.

“Qafqazinfo”nun məlumatına görə, detoksikasiya insan bədənində qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər, dəri və immun sisteminin birgə fəaliyyəti nəticəsində təbii şəkildə baş verir.

Bu prosesdə əsas yük qaraciyərin üzərinə düşür. Qaraciyər zərərli maddələri əvvəlcə suda həll olunan formaya salır, daha sonra onları amin turşuları və qlütationla birləşdirərək, orqanizmdən təhlükəsiz şəkildə xaric olunmasına şərait yaradır. Bu maddələr böyrəklər, bağırsaqlar və dəri vasitəsilə bədəndən kənarlaşdırılır.

Orqanizmin özünütəmizləmə qabiliyyətini artırmaq üçün sərt detoks proqramlarına ehtiyac yoxdur. Bunun əvəzinə gündəlik həyat tərzində bir neçə sadə vərdişə əməl etmək kifayətdir.

Belə ki, süni qatqılar və konservantlarla zəngin qidaların istifadəsi minimuma endirilməli, qida rasionu lifli məhsullarla zənginləşdirilməlidir. Tərəvəzlər, meyvələr, dənli və paxlalı bitkilər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, su balansının qorunması da vacibdir.

Gün ərzində azı iki litr su içmək orqanizmin təbii təmizlənmə prosesinə müsbət təsir göstərir. Fiziki aktivlik, eləcə də, hamam və ya sauna kimi prosedurlar vasitəsilə tərləmənin təşviqi də bədənin toksinlərdən azad olunmasına kömək edə bilər.

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031