Turaztv.az » Xəbərlər » NASA astronavtlara buna icazə verəcək
Xəbərlər

NASA astronavtlara buna icazə verəcək

07.02.2026, 00:09 105
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) astronavtların Ay missiyalarında ən son smartfonlarından istifadə edə biləcəklərini açıqlayıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda NASA direktoru Cared Isaakman açıqlama verib.

O, astronavtların bu ay Crew-12 və mart ayında Artemis II missiyalarında ən son smartfonları ilə uça biləcəklərini bildirib.

“Biz ekipajlarımızı ailələri üçün xüsusi anlar çəkmək və ecaskar görüntüləri dünya ilə paylaşmağa icazə veririk”, - C. Isaakman qeyd edib.

Oxşar xəbərlər