Xəbərlər
26.01.2026, 15:39
Hicran Əhmədli : YOL APARDI - FOTO
Addım-addım uzaqlaşır,
Uzaq düşən yaxın keçmiş;
Göz yaşımla qucaqlaşan,
Son arzum da gəlib, keçmiş.
Leyləklərin qanadında,
Səmalarda dövrə vurub,
Uçrumlarda, qayalarda
İstəklərim yuva qurub.
Hayqırtımı boğa-boğa,
Tale mənə dağlar çəkib;
Yeyin-yeyin yerişimin
Qarşısında ləngər əkib.
Uzadıram əllərimi,
Məndən qaçan ümidlərə:
Bəlkə yenə yol apardı
Xoş günlərə, səmtlərə...
Uzaq düşən yaxın keçmiş;
Göz yaşımla qucaqlaşan,
Son arzum da gəlib, keçmiş.
Leyləklərin qanadında,
Səmalarda dövrə vurub,
Uçrumlarda, qayalarda
İstəklərim yuva qurub.
Hayqırtımı boğa-boğa,
Tale mənə dağlar çəkib;
Yeyin-yeyin yerişimin
Qarşısında ləngər əkib.
Uzadıram əllərimi,
Məndən qaçan ümidlərə:
Bəlkə yenə yol apardı
Xoş günlərə, səmtlərə...







