Xəbərlər
22.01.2026, 23:00
Arzu Yaqub qızı : Nə çəkirəm bilirsənmi? - FOTO
Bilmirəm günəşsən,bulud,
Bəlkə bir çarəsiz ümid,
Deməyəcəm ya get,qayıt,
Nə çəkirəm bilirsənmi?
Adın gizlənir dilimdən,
Aylar yapışıb ilimdən,
Axı nə gəlir əlimdən,
Nə çəkirəm bilirsənmi?
Yağış yağır narın- narın,
Qənimisən arzuların,
Gül üşüdür son baharım,
Nə çəkirəm bilirsənmi?
Qəmdir pənahı ömrümün,
Nədir günahı ömrümün,
Tutacaq ahı ömrümün,
Nə çəkirəm bilirsənmi?
Telini darayan mehəm,
Kipriyə yük olan şehəm,
Ölümün əlində behəm,
Nə çəkirəm bilirsənmi?
Şəklini çəkdim qəlbimə,
Bu şəkli göstərim kimə,
Varlığın yoxluqmuş demə,
Nə çəkirəm bilirsənmi?
Görən nə tutdu gözünü,
Kimlər tapdadı izini,
Qələm yazdı son sözünü:
Nə çəkirəm bilirsənmi?
Bəlkə bir çarəsiz ümid,
Deməyəcəm ya get,qayıt,
Nə çəkirəm bilirsənmi?
Adın gizlənir dilimdən,
Aylar yapışıb ilimdən,
Axı nə gəlir əlimdən,
Nə çəkirəm bilirsənmi?
Yağış yağır narın- narın,
Qənimisən arzuların,
Gül üşüdür son baharım,
Nə çəkirəm bilirsənmi?
Qəmdir pənahı ömrümün,
Nədir günahı ömrümün,
Tutacaq ahı ömrümün,
Nə çəkirəm bilirsənmi?
Telini darayan mehəm,
Kipriyə yük olan şehəm,
Ölümün əlində behəm,
Nə çəkirəm bilirsənmi?
Şəklini çəkdim qəlbimə,
Bu şəkli göstərim kimə,
Varlığın yoxluqmuş demə,
Nə çəkirəm bilirsənmi?
Görən nə tutdu gözünü,
Kimlər tapdadı izini,
Qələm yazdı son sözünü:
Nə çəkirəm bilirsənmi?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







