Xəbərlər
23.12.2025, 12:40
Dördüncü uşaqları oldu - Foto
Məşhur ispan müğənni Enrike İqlesiasla rusiyalı keçmiş tennisçi və model Anna Kurnikova dördüncü dəfə valideyn olublar.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Kurnikova instaqram hesabında körpənin şəklini paylaşaraq məlumat yayıb.
“Mənim günəşim, 17 dekabr 2025-ci il”, - Kurnikova yazıb.
Yeni doğulmuş körpənin cinsi və adı hələlik açıqlanmır.
Xatırladaq ki, 50 yaşlı İqlesias və 44 yaşlı Kurnikova hələ 2001-ci ildə görüşməyə başlayıblar. Onlar sənətçinin klip çəkilişlərinin birində tanış olublar.
Cütlüyün 2017-ci ildə Nikolas və Lüsi adlı əkizləri, 2020-ci ildə isə Meri adlı qızları dünyaya gəlib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay