Dekabrın 6-da Maestro Niyazi Tağızadə-Hacıbəylinin Ev-Muzeyində Azərbaycan musiqi sənətinin parlaq gələcəyinə ünvanlanan daha bir mədəni tədbir baş tutdu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə reallaşdırdığı “Solo Gənclik” layihəsi çərçivəsində gənc opera-vokal ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov solo konsert proqramı ilə çıxış etdi.

“Solo Gənclik” – fərdi ifanın yeni mədəni platforması

Layihənin əsas məqsədi gənc ifaçıların səhnəyə tək çıxaraq öz daxili yaradıcılıq potensialını ortaya qoyması, mədəniyyət mühitinə yeni artistik nəfəs gətirən istedadların kəşfi və geniş auditoriyaya təqdim edilməsidir. Hər tədbirin yeni məkan və yeni konsepsiyada baş tutması tamaşaçı üçün yenilənən bədii təcrübə yaradır.

Konserti tanınmış mədəniyyət xadimləri izləyib

Konsertdən əvvəl çıxış edən sənət və ictimaiyyət nümayəndələri gənc istedad haqqında ürək sözlərini bölüşdülər:

Mahirə Həsənova — Azərbaycan Milli Konservatoriyasının dosenti, Opera-Vokal ifaçısı
• Pərvin Kərimzadə — Milli Məclisin deputatı (Gəncə şəhərindən məxsusən Altuna dəstək üçüngəlib)
• Rasim Məmmədov — Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti
• İradə Məlikova — “Dodo” qəzetinin baş redaktoru, yazar, jurnalist
• Riad Cəbrayılov — “İRƏLİ” İctimai Birliyinin katibi
• Güllü Eldar Tomarlı — Mirvarid Dilbazi Poeziya Məclisinin sədri
Çıxışlarda Altun Süleymanovun uşaqlıqdan bütün dövlət tədbirlərində fəal iştirakı, zəhməti, yüksək səhnə mədəniyyəti və gələcək böyük uğurlarına olan inam vurğulandı.

Rəngarəng proqram – 15 əsər, 3 duet, yeni təqdimat

Gənc ifaçı klassik opera, romantik vokal, xalq mahnıları və dünya musiqi irsindən ibarət 15 əsərlik repertuar təqdim etdi. Proqramda səslənən əsərlərdən bəziləri:

Niyazi — “Arzu” romansı
Ü. Hacıbəyli — “Arşın mal alan”dan Əsgərin mahnısı
Tofiq Quliyev — “Bəxtəvər oldum”, “Axşam mahnısı” (duet: Aysel Abdullayeva)
Neapolitan romansı — “Santa Lucia”
S.Raxmaninov — “Сон”
Xalq mahnıları — “Evləri var xana-xana” (duet: Günel Əsədova), “Girdim yarın bağçasına”
‘O sole mio — duet Asim Muradov
Fikrət Əmirov — “Azərbaycan elləri”
Konsertin musiqi tərtibatını və səhnə arxası peşəkarlığını pianoçu Rəhimə Qurbanova təmin etdi. Axşamın sonunda Altun Süleymanov bəstəkar Aydan Əliyevanın yeni mahnısını ilk dəfə səsləndirərək tamaşaçılara sürpriz etdi.

Səhnədə dəyərləndirilən istedad

Konsertin sonunda gənc sənətçiyə yüksək qiymət verildi:

DAMM və “Sabirlik və İnkişaf” İctimai Birliyi adından —
Altun Süleymanov və konsertmeyster Rəhimə Qurbanovaya Fəxri Fərmanlar təqdim olundu.

“Dodo” qəzeti isə gənc vokalçının Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə
Tərif və Təşəkkür Diplomu ilə təltif etdi.

Tədbirdə Altunun anası Aygün xanım, müəllimləri, tələbə yoldaşları və onu sevənlər iştirak edirdi. Hər bir alqış onun sənət yoluna olan inamın göstəricisi idi.

Böyük səhnələrə doğru

Altun Süleymanovun səsində Azərbaycan vokal məktəbinin klassik səhnə ənənələrinin davamı, peşəkarlıq və parlaq ümidlər var. Bu solo konsert bir daha göstərdi ki:

➡️ O, sabahın böyük opera səhnələrinin yeni nəfəsi olacaq.
➡️ Səsi daha geniş auditoriyalara çatacaq.

Mədəniyyətə xidmət edən belə gənclərin uğuru — xalqımızın uğurudur.

İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru















Son xəbərlər

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31