TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildiKoronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.

Belə ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur. Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.

Son xəbərlər

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031