
Xəbərlər
26.10.2025, 20:52
DAĞLARA GƏL - FOTO
Xəlil Mirzə
Şair-publisist
Şair-publisist
Nə görmüsən sən şəhərdə?
Ömrüm-günüm, dağlara gəl.
Gəl, açılsın eynin burda-
Ömrüm-günüm, dağlara gəl.
Şeh üzəndə güllərində,
Şəfəq süzsün tellərində.
Qoşa gəzək yollarında-
Ömrüm-günüm, dağlara gəl.
Dağa gəldin, nə qış, nə yaz-
Qorxutmasın şaxta, ayaz.
Gecələri nurlu, bəyaz-
Ömrüm-günüm, dağlara gəl.
Sakinləri saf diləkli,
Meşələr nazlı, bəzəkli.
Qalx, zirvədə çəkdir şəkli-
Ömrüm-günüm, dağlara gəl.
Şəfqət bulaq suyundan iç,
Çırman, çayın gözündən keç.
Sabahını quşlarla aç-
Ömrüm-günüm, dağlara gəl.
Ayağını çəməndə yu,
Eniş-yoxuş yamac boyu.
Dolan, dırman, yorul, uyu-
Ömrüm-günüm, dağlara gəl.
Buludlar yaş tökəndə gəl,
Dağlar yaşmaq çəkəndə gəl.
Bağrını qəm sökəndə gəl-
Ömrüm-günüm, dağlara gəl.
Az gəz-dolan dükan-bazar,
Qoyma Xəlili intizar.
Vallah, hər cür naza dözər-
Ömrüm-günüm, dağlara gəl.
Ömrüm-günüm, dağlara gəl.
Gəl, açılsın eynin burda-
Ömrüm-günüm, dağlara gəl.
Şeh üzəndə güllərində,
Şəfəq süzsün tellərində.
Qoşa gəzək yollarında-
Ömrüm-günüm, dağlara gəl.
Dağa gəldin, nə qış, nə yaz-
Qorxutmasın şaxta, ayaz.
Gecələri nurlu, bəyaz-
Ömrüm-günüm, dağlara gəl.
Sakinləri saf diləkli,
Meşələr nazlı, bəzəkli.
Qalx, zirvədə çəkdir şəkli-
Ömrüm-günüm, dağlara gəl.
Şəfqət bulaq suyundan iç,
Çırman, çayın gözündən keç.
Sabahını quşlarla aç-
Ömrüm-günüm, dağlara gəl.
Ayağını çəməndə yu,
Eniş-yoxuş yamac boyu.
Dolan, dırman, yorul, uyu-
Ömrüm-günüm, dağlara gəl.
Buludlar yaş tökəndə gəl,
Dağlar yaşmaq çəkəndə gəl.
Bağrını qəm sökəndə gəl-
Ömrüm-günüm, dağlara gəl.
Az gəz-dolan dükan-bazar,
Qoyma Xəlili intizar.
Vallah, hər cür naza dözər-
Ömrüm-günüm, dağlara gəl.
Xızı, 30.11.2017.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







