Xəbərlər
22.09.2025, 01:08
Şəhla Xəlilqızı : DANIŞDIM DAĞLARA DƏRDİMİ - FOTO
Dərdim qövür eylədi, dərd oynatmadım,
Dərd həmdəmim oldu, dərdi atmadım,
Dərdimi deməyə, adam tapmadım,
Danışdım dağlara, mən öz dərdimi.
Ana laylasıyla, donan məzarlar,
Açmamış gülləri, solan məzarlar,
Yiyəsiz doğmasız qalan məzarlar,
Danışdım dağlara, mən öz dərdimi.
Zalımla, zülümlə dostluq qatanlar,
Qəflət yuxusunda, dalıb yatanlar,
Namusu bir ovuc, pula satanlar,
Danışdım dağlara, mən öz dərdimi.
Yetimin, əlsizin haqqın yeyənlər,
Yaltaq sifətinə min don geyənlər,
Kürsüdə oturub, mənəm deyənlər,
Danışdım dağlara, mən öz dərdimi.
Şəhlayam, anayam dağlıyam ellər,
Öz doğma yurduma, bağlıyam ellər,
Vətən acısından ağlayam ellər,
Dərdimi deməyə dağlar varıymış,
Danışdım dağlara mən öz dərdimi.
Dərd həmdəmim oldu, dərdi atmadım,
Dərdimi deməyə, adam tapmadım,
Danışdım dağlara, mən öz dərdimi.
Ana laylasıyla, donan məzarlar,
Açmamış gülləri, solan məzarlar,
Yiyəsiz doğmasız qalan məzarlar,
Danışdım dağlara, mən öz dərdimi.
Zalımla, zülümlə dostluq qatanlar,
Qəflət yuxusunda, dalıb yatanlar,
Namusu bir ovuc, pula satanlar,
Danışdım dağlara, mən öz dərdimi.
Yetimin, əlsizin haqqın yeyənlər,
Yaltaq sifətinə min don geyənlər,
Kürsüdə oturub, mənəm deyənlər,
Danışdım dağlara, mən öz dərdimi.
Şəhlayam, anayam dağlıyam ellər,
Öz doğma yurduma, bağlıyam ellər,
Vətən acısından ağlayam ellər,
Dərdimi deməyə dağlar varıymış,
Danışdım dağlara mən öz dərdimi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












