Xəbərlər
22.10.2025, 23:03
“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb
Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.
Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə "Liverpul"una minimal hesabla qalib gəlib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay