Asif Əsgərov
Milli Məclisin deputatı

"Oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və siyasi əlaqələrin qarşılıqlı etimad üzərində qurulduğunu ətraflı şəkildə nümayiş etdirir. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik möhkəmlənib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.


Deputat bildirib ki, bu münasibətlərin genişlənməsində ən mühüm amillərdən biri dövlətlərarası dialoqun fəal və konstruktiv şəkildə aparılmasıdır:

"Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana reallaşdırdığı yeddinci səfəri və bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana altı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın hərtərəfli inkişafını təcəssüm etdirir. Müntəzəm təmaslar gündəlikdə duran aktual məsələlərin operativ həllinə və strateji əməkdaşlığın əsas istiqamətlərində razılaşdırılmış mövqelərin müəyyənləşməsinə imkan verir. İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın bu sahədəki dəstəyinin bariz nümunəsidir.

Ölkələrimiz, həmçinin çoxtərəfli formatlarda, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi çərçivəsində də fəal əməkdaşlıq edir. İqtisadi-ticari sahədə əməkdaşlıq geniş spektri əhatə edir, 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust aylarında isə 547 milyon dollara çatıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dolları ötüb.

Bundan əlavə, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi 2026-cı ilin sonuna qədər başa çatdırılacaq, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək. Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti barədə baş saziş imzalanıb. Bu, Orta Dəhlizin Avropa-Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Yaşıl energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqi üzrə strateji sənədlər imzalayıb.

Təşkilat çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü və Qəbələdə 12-ci Zirvə Görüşü əməkdaşlığın əsas istiqamətlərini səmərəli şəkildə müzakirə etməyə imkan verib. Bütün bu faktorlar Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin həm möhkəm siyasi və iqtisadi əsaslara, həm də mədəni-humanitar və texnoloji sahələrdə uğurlu əməkdaşlığa əsaslandığını təsdiqləyir".

Son xəbərlər

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31