Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, iclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri, ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.

Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildirib ki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib.

Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da Assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması üçün çox vacibdir.

Milli Məclisin sədri çıxışında həmçinin deyib ki, dünyamızın üzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylər olmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayiş etdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.

Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreynin rəhbərliyi altında Assambleya bütün Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğun olaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə töhfə verəcək.

Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.



Son xəbərlər

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31