Oktyabrın 10-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclası açan parlamentin sədri Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfəri barədə məlumat verib.

Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Elman Nəsirov, Rəşad Mahmudov, Tural Gəncəliyev, Razi Nurullayev, Əli Məsimli, Ceyhun Məmmədov, Səyyad Aran çıxış ediblər.

İclasda parlamentin sədri deputat Ramil Həsənin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyini diqqətə çatdırıb.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildirib. O, ilk dörd məsələnin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu söyləyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Müzakirələrdə deputatlar Sahib Alıyev, Hikmət Məmmədov, Aydın Mirzəzadə fikirlərini bölüşüb, bəzi təklif və qeydlərini səsləndiriblər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Əli Hüseynli qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi haqqında" 2024-cü il 27 dekabr tarixli Qanuna əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən olunub. Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilərək, himayədar ailəyə verilmiş uşaqlar, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib. Bununla əlaqədar bir sıra qanunlarda uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin müsbət rəylərini səsləndiriblər.

Deputat Günay Ağamalı məsələ ilə bağlı öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O qeyd edib ki, bu qanun layihəsi mülki müqavilələr əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslərin əməyinin ödənilməsi mexanizmini tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.

Deputat Məlahət İbrahimqızı məsələyə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib. O, növbəti məsələnin “Dövlət xidmətləri haqqında” qanun layihəsi olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. O bildirib ki, qanun layihəsi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb.

Komitə sədri Fazil Mustafa, deputatlar Aydın Mirzəzadə, Nigar Məmmədova sənəd barədə fikirlərini, bəzi qeyd və təkliflərini açıqlayıblar. Deputat Kamal Cəfərov qaldırılan məsələlərə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev son illər ərzində “ASAN xidmət” tərəfindən görülən işlər barədə məlumatı diqqətə çatdırıb. O, hazırda BMT tərəfindən “ASAN xidmət”in dövlət xidmətləri sahəsində ən yaxşı model kimi qiymətləndirildiyini və 30-dan çox ölkəyə ixrac olunduğunu, 6 ölkədə isə “ASAN xidmət” əsasında mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. O, Prezident İlham Əliyevin “ASAN xidmət” qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini və bir çox nailiyyətlərin əldə edildiyini vurğulayıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri əvvəlcə daxili qoşunların hərbi qulluqçularının Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına vuruşduğunu diqqətə çatdırıb.

Arzu Nağıyev bildirib ki, hal-hazırda ölkəmizin daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" Qanunla tənzimlənir. Təklif olunan yeni qanun layihəsində daxili qoşunların funksiyaları və səlahiyyətləri daha da təkmilləşdirilərək müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılıb. Nəzərə çatdırılıb ki, qanun layihəsi preambula, 6 fəsil və 30 maddədən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Fasilədən sonra iclas öz işini davam etdirib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə məlumat verib.

Deputatlar Səbinə Xasayeva, Aydın Hüseynov məsələyə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Deputatlar Razi Nurullayev, Göydəniz Qəhrəmanov məsələ barədə öz fikirlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, müzakirəyə çıxarılan layihənin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini, Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlandığını nəzərə çatdırıb.

Məsələ ilə bağlı çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Mirzəzadə, Erkin Qədirli qeyd və təkliflərini səsləndiriblər. Deputat Bəhruz Məhərrəmov müzakirələrdə qaldırılan bəzi məqamlara aydınlıq gətirib.

Parlamentin sədri Sahibə Qafarova Vəkillər Kollegiyasının Milli Məclislə sıx əməkdaşlıq etdiyini bildirib, Vəkillər Kollegiyasının üzvləri tərəfindən mütəmadi olaraq rayonlarda vətəndaşlara hüquqi yardım göstərildiyini deyib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da qanun layihəsinin mühüm əhəmiyyəti barədə söhbət açıb.

“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti məsələni - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edib.

Gündəliyin on ikinci məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Son xəbərlər

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK: Aylıq və illik PAKETLƏR GƏLİR

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Goranboyda sel fəsadlar törətdi - FOTO

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Paytaxtın bu ərazisində işığın verilməsində fasilə yaranacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031