Sofiyanın Vasil Levski hava limanında diplomatik qalmaqal yaranıb.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, Ermənistanın Ani şəhərinin meri Arman Sarıbekyanın rəhbərlik etdiyi nümayəndə heyəti alçaldıcı təhlükəsizlik yoxlamasına məruz qalıb: məlumatlara görə, qonaqlar lüt soyunmağa məcbur edilib, sorğu-sual edilib və bir neçə saat inzibati binalarda saxlanılıb.


Hadisə oktyabrın 1-də baş verib. Ermənistan nümayəndə heyəti Bolqarıstana Novi Pazar meri Georgi Georgiyevin dəvəti ilə gediblər. Georgiyevin sözlərinə görə, rəsmi şəxslər və onu müşayiət edən heyət bütün lazımi sənədlərə, Bolqarıstanın İrəvandakı səfirliyi tərəfindən verilmiş Şengen vizalarına malik olub. Buna baxmayaraq, onlar gecə saat 2:20 radələrində gələrkən sərhəd polisi tərəfindən saxlanılıblar.

"Qonaqlarımızı ayrıca otağa aparıblar, orada lüt soyunmağa məcbur ediliblər və hərtərəfli axtarış aparılıb. Şəxsi əşyalar açılıb, hətta hədiyyə olaraq gətirdikləri rəsmin çərçivəsi də zədələnib. Bütün bunlar onların kim olduqları, nə üçün gəldikləri barədə təhqiredici suallarla müşayiət olundu”, - Georgiyev bildirib.

Onun sözlərinə görə, polis nümayəndə heyətinin sərhədi qanunsuz keçməyə cəhd etməkdə və Avstriyaya getmək niyyətində olduğundan şübhələndiklərini bildirib. Söhbət yalnız bolqar və ingilis dillərində aparılıb; rus dilində ünsiyyət qurmaq cəhdlərinə məhəl qoyulmayıb.

Nümayəndə heyəti cəmi iki saat yarım sonra buraxılıb, lakin onlara oktyabrın 4-də hava limanına qayıtmaq və Bolqarıstanı tərk etmək əmri verilib. Əks halda ölkəyə giriş qadağası ilə üzləşəcəkləri deyilib.

Ermənistanın Sofiyadakı səfiri Tsovinar Hambardzumyan Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevə rəsmi etiraz notası göndərərək, “dost ölkənin rəsmi nümayəndə heyətinə qarşı qəbuledilməz və alçaldıcı rəftardan” qəzəbləndiyini bildirib.

Hadisəyə baxmayaraq, Ermənistandan gələn qonaqlar hələ də Novi Pazarda keçirilən bayram tədbirlərində iştirak edə biliblər.

Son xəbərlər

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930