Xəbərlər
30.09.2025, 20:37
BRİLYANT QURBANOVA : Payızın gəlişi - FOTO
Payız əli dolu qapını döyür,
Əlvan boğçasında nələri yoxdu?
Bizi öz diliylə üşüdürsə də,
Onun ürəyində səxavət çoxdu.
Nə gözəl sərinlik bürüyüb bizi,
Cahanın üzünün təri çəkilib.
Dəyişib torpağın rəngi, ruhu da,
İndidən taxılın yeri əkilib.
Atəş istisini götürüb gedir,
Yeni arzu kamlar özün yetirir.
Şərqdən gələn bulud qorxulu deyil,
Qərbdən gələn bulud tufan gətirir.
Əlvan boğçasında nələri yoxdu?
Bizi öz diliylə üşüdürsə də,
Onun ürəyində səxavət çoxdu.
Nə gözəl sərinlik bürüyüb bizi,
Cahanın üzünün təri çəkilib.
Dəyişib torpağın rəngi, ruhu da,
İndidən taxılın yeri əkilib.
Atəş istisini götürüb gedir,
Yeni arzu kamlar özün yetirir.
Şərqdən gələn bulud qorxulu deyil,
Qərbdən gələn bulud tufan gətirir.
30.09.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



