Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri, şəhid ailələri və qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 27 Sentyabr – Anım Günü ilə əlaqədar çıxış edərək, xalqımızın Vətən uğrunda canından keçmiş şəhidlərinə dərin hörmət və ehtiramını ifadə edib. O, şəhidlərimizin mübariz yolunun hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayaraq, onların göstərdiyi qəhrəmanlıq və fədakarlığa görə Allahdan rəhmət diləyib.

RİH başçısı çıxışında bildirib ki, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi xalqımızın uzun illər çəkdiyi həsrətə son qoymuş, Azərbaycanı qalib ölkə olaraq dünyaya tanıtmışdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlarda şəhid olmuş oğullarımızın və qazilərimizin döyüş yolu xalqımızın qürur mənbəyidir. Əziz Əzizov həmçinin xüsusi olaraq vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin bu yaxınlarda BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi tarixi çıxış Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmış, böyük Zəfərimizin siyasi və diplomatik müstəvidə də təsdiqi olmuşdur.

Tədbirdə şəhid ailələri və birinci qrup Vətən Müharibəsi əlili Orxan Həsənli də çıxış edərək, həm dərin hisslərini, həm də Vətənə bağlılıqlarını ifadə ediblər. Onlar hərbçilərimizin göstərdiyi qəhrəmanlığı xatırladaraq, şəhidlərin fədakarlığının xalqımızın azadlığı üçün əhəmiyyətini vurğulayıblar.

Daha sonra ehsan süfrəsində Vətən torpaqları uğrunda canından keçən igidlərimizin mübarək ruhlarına dualar ünvanlanıb, onların şərəfli adı hörmətlə anılıb.











Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31