Dövlət Vergi Xidməti tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vergiödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Qeyd olunub ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergiödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə, vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.

Dövlət Vergi Xidməti bütün vergiödəyicilərini oktyabrın 1-dən İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) şəxsi kabinet vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930