“Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir”.

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.

“Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Bu artımı idarə etmək üçün biz əlavə investisiyalar yatırırıq və Bakı Limanının Qazaxıstan limanı ilə sinxronlaşdırılmasını təmin edirik. Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır. Lakin bu, yalnız texniki bir məsələ deyil”, - deyə Hikmət Hacıyev bildirib.

Orta Dəhlizin əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu istiqamətdə öz "ev tapşırığını" demək olar ki, tamamlayıb: “2020-ci ildən başlayaraq, Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib. Bu layihə 2026-cı ilin ortalarında yekunlaşacaq. Hazırda Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur seqmenti üzərində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Bundan əlavə, Türkiyədə də bu dəhlizə paralel yeni layihələrə start verilib. Bu təşəbbüslər nəticəsində regionda dəmir yolu və avtomobil yolları ilə inteqrasiya olunmuş nəqliyyat dairəsi formalaşacaq və əlavə iqtisadi faydalar gətirəcək”.

Hikmət Hacıyev əsas məqsədin Cənubi Qafqazı bir qarşıdurma məkanı deyil, əməkdaşlıq məkanına çevirmək olduğunu bildirib: “Tarixən bu region münaqişə və müharibələrdən ciddi şəkildə əziyyət çəkib. Lakin biz bu reallığı dəyişmək niyyətindəyik. Təəssüf ki, yaxın qonşuluğumuzda iki mühüm geosiyasi gərginlik yaşanır. Bununla belə, biz çalışırıq ki, bu gərginliklərin təsirindən yayınaraq, öz regionumuzda sabitlik, rifah və əməkdaşlıq mühitini təmin edək. Azərbaycan müharibədə qalib gəlib, indi isə sülhü qazanırıq. Bu, bizim əsas məqsədimizdir. Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması üçün bütün imkanlarını səfərbər edir”.


Ramiz Mikayıloğlu

Son xəbərlər

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930