“Hollivudun yaramaz uşağı” kimi tanınan aktyor Çarli Şin son günlərdə həyatından bəhs edən sənədli film və yazdığı xatirə kitabı ilə gündəmdədir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Two and a half men” serialı ilə şöhrət zirvəsinə çatan Şin, illər boyu narkotik asılılığı, qalmaqallı evlilikləri və sərt həyat tərzi ilə Hollivudun ən çox müzakirə edilən simalarından olub.

Bütün bunları “Şinin kitabı” adlı kitabında qeyd edən aktyor “Ölü doğdum” deyərək göbək ciyəsinin boğazına dolanmış halda dünyaya gəldiyini, sonra həyata qaytarıldığını yazıb. O, 15 yaşında atasının kredit kartı ilə Las-Veqasa getdiyini və asılılıqlar səbəbindən dəfələrlə ölümün astanasında olduğunu etiraf edib. Hətta buna görə 7 dəfə reabilitasiya kursu keçdiyini də bildirib.

Həmçinin Şin, 2011-ci ildə İİV-dən (İnsan İmmunçatışmazlığı Virusunun) əziyyət çəkdiyini öyrəndiyini açıqlayıb.

Keçən həftə 60 yaşını qeyd edən Çarli Şin 8 ildir nə içki, nə də narkotik istifadə etdiyini də açıqlayıb.

Davamlı olaraq adı qalmaqallarda çəkilən aktyor hətta 2011-ci ildə çəkildiyi serialdan da qovulmuşdu.

Çoxsaylı etiraflar edən aktyor son 10 ildir həyatında heç bir qadının olmadığını deyib. Belə ki, bir çox qadınlarla münasibət yaşayan aktyor 3 dəfə evli olub. Çarli Şin 1995-ci ildə Donna Pil, 2002-2006-cı illərdə Deniz Riçards və 2008-2011-ci illərdə Bruk Myullerlə evlilik həyatı yaşayıb. Onun üç evlilikdən 2 qızı və əkiz oğulları dünyaya gəlib. Məktəb illərindən olan eks-sevgilisi Paula Profitdən isə böyük qızı Kassandra var.

Aktyor vaxtilə böyük qalmaqalla ayrıldığı iki qızının anası Deniz Riçardsla indi yaxın dostdur. Hətta Riçards sənədli filminin qalasında ona dəstək olub.

Çarli Şin xatirə kitabında başına gələn hər şeyə layiq olduğunu da etiraf edib.

Qeyd edək ki, Çarli Şinin atası Martin Şin və qardaşı Emilio Esteves də məşhur aktyordurlar.






Son xəbərlər

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930