8-10 sentyabr tarixində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı Pakistan Hökumətinin iclasını keçirib.

İclas zamanı Pakistanda yaradılacaq “ASAN xidmət” konsepsiyasının təqdimatı baş tutub.

Pakistanın Baş naziri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirirək, analoji konsepsiyanın Pakistanda dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində inqilabi addım olacağını bildirib. Baş nazir “ASAN xidmət” təşəbbüsünün Pakistan Hökumətinin “nağdsız iqtisadiyyat” siyasətini də inkişaf etdirəcəyini və paytaxt İslamabaddan sonra digər şəhər və vilayətlərdə tətbiq olunacağını diqqətə çatdırıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin yaradılması prosesində göstəriləcək dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Baş nazir müvafiq layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Görüşdən sonra Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sazişin icrası çərçivəsində qısa müddətdə “ASAN xidmət” mərkəzinin Pakistanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş baş tutub. Həmçinin “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulan bina infrastrukturlarına baxış keçirilib.

Pakistana səfər zamanı Dövlət Agentliyinin sədri Azərbaycanın Pakistandakı Səfirliyini ziyarət edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.





Son xəbərlər

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930