Xəbərlər
11.09.2025, 12:06
BRİLYANT QURBANOVA : Tel gülə bəzəkdi, gül də ki telə - FOTO
Düzəlib.
Sevilmək insanı yaşadır,gözəl...
Solmuş yanağının alı düzəlib.
Şahmartək çalırdın hamını əzəl,
İndi dodağının balı düzəlib.
Qaşlı gümüş kəmər yaraşır belə,
Tel gülə bəzəkdi, gül də ki telə,
Sinənin üstünü demirəm hələ...
Büllur buxağının xalı düzəlib.
Gözün sürməlidir, ay qız, olandan,
Didən cilvələnir yaşla dolandan,
Bu yazıq Atəşə nəzər salandan,
Onun da əhvalı, halı düzəlib.
Solmuş yanağının alı düzəlib.
Şahmartək çalırdın hamını əzəl,
İndi dodağının balı düzəlib.
Qaşlı gümüş kəmər yaraşır belə,
Tel gülə bəzəkdi, gül də ki telə,
Sinənin üstünü demirəm hələ...
Büllur buxağının xalı düzəlib.
Gözün sürməlidir, ay qız, olandan,
Didən cilvələnir yaşla dolandan,
Bu yazıq Atəşə nəzər salandan,
Onun da əhvalı, halı düzəlib.
11.09.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

