Ermənistanın xarici siyasət manevri - Çin və Rusiyaya meylin arxasında nə dayanır? – ŞƏRH

 
Uzun müddətdir xarici siyasət vektorunu Qərbə tərəf aparan Ermənistan hökuməti manevr etmək qərarına gəlib. Bunu Baş nazir Nikol Paşinyanın Çində keçirilən ŞƏT sammitində iştirakı da ortaya qoyur. Xeyli vaxtdır Rusiyanın rəhbərlik etdiyi tədbirlərdən yayınan, əvəzində Qərbdə, xüsusən də Avropada keçirilən mərasimlərdə iştirak edən Paşinyan bu dəfə Pekinə səfər edərək, Rusiya və Çinlə münasibətləri normallaşdırmaq qərarına gəlib.

2026-cı il seçkiləri ərəfəsində erməni hökumətinin siyasi manevrlər etməsi başadüşüləndir. Qərbdən seçkilərlə bağlı dəstək alınması barədə erməni KİV-də kifayət qədər məlumat yayılıb. Görünür, Paşinyan bu dəfə də Kremlin və Pekinin xeyir-duasını almaq üçün hərəkətə keçib. ŞƏT sammitində iştirak Ermənistanın Çinlə münasibətləri çərçivəsində vacib idi. Çünki bir müddətdir Tayvanla sıx münasibətlər quran İrəvanın Pekinlə arası əməlli-başlı soyuyub. Bu səbəbdən də Çinlə imzalanan yekun tərəfdaşlıq sənədində Ermənistanın Tayvan məsələsində Pekinin mövqeyini dəstəklədiyi qeyd edilib. Təbii ki, baş nazirin bu səfəri İrəvanda hakimiyyət mediası tərəfindən böyük uğur kimi göstərilir, hətta Çini strateji tərəfdaş kimi təqdim edilir. Bəzi deputatlar isə hətta Çini Ermənistanın ən böyük tərəfdaşlarından biri kimi təqdim edir. Amma real mənzərə başqadır.

Ermənistandan Çinə ixrac sadəcə spirtli içkilərlə məhdudlaşır. Çinli turistlərin Ermənistana kütləvi axını yoxdur. Çin sərmayəsi də Ermənistanda Azərbaycan və Gürcüstanla müqayisədə hiss edilməyəcək səviyyədədir. Pekinli iş adamları Qafqaz ölkəsində böyük mis zavodu tikmək istəsələr də, bu niyyət Paşinyan hakimiyyəti dövründə puç olub. Şansi vilayətində xloropren kauçuku istehsalı ilə məşğul olan "Şansi-Nairit" birgə müəssisəsində erməni tərəfinin payı 40 faiz olsa da, bu sərmayənin də taleyi müəmmalıdır. Maraqlıdır ki, 2010-cu ildə istismara verən şirkət aradan keçən 15 il ərzində Çinin daxili bazarı üçün kauçuk istehsal edib və Ermənistan bir dəfə də olsun, sərmayədar kimi bu müəssisədən xeyir götürə bilməyib. Bu, 2017-ci ildə zavodun ildə 30 min ton rezin istehsal gücünə çatması fonunda belə dəyişməyib. Belə ki, əgər əvvəllər Ermənistan tərəfi üçün dividendlərin olmaması istehsal güclərinin kifayət qədər istifadə edilməməsi ilə izah edilirdisə, son 8 ildə bu izahat öz aktuallığını itirib. Dəfələrlə erməni rəsmiləri məsələ ilə bağlı Çinə səfər etsələr də, hələ də problem həll edilməyib.

Bununla belə, Paşinyanın Çində keçirdiyi görüşlər və imzaladığı sənədlərlə iqtisadi əlaqələri inkişaf etdirmək niyyətini güdür. İrəvan öz ərazisində strateji infrastruktur layihələrinin həyata keçirilməsi üçün Çin investisiya və texnologiyasını cəlb etməkdə xüsusilə maraqlıdır. Xüsusilə, bu, Ermənistanın cənubunda Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirən nəqliyyat marşrutunun yaradılmasını əhatə edə bilər. Bir müddət əvvəl mətbuatda da yayılan xəbərlərə görə, Ermənistan yolun tikintisində Çin şirkətlərinin iştirakında maraqlıdır. Bu səbəbdən də mövzunun Pekində yenidən gündəmə gətirilməsi gözlənilən idi. Amma ABŞ ilə Çinin gərgin münasibətlərini nəzərə alsaq, bu fikrin nə dərəcədə real olduğunu zaman göstərəcək.

Paşinyanın Çində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirməsi və danışıqlar aparması erməni mediası tərəfindən Moskva ilə münasibətlərdə müsbət addım kimi qiymətləndirilir. Bununla belə, bu görüşə paralel olaraq, Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlaması iki ölkə arasındakı münasibətlərin hələ də gərgin qalmasından xəbər verir. 2025-ci ilin birinci yarısında ticarət 18,2% azalaraq 1,47 milyard dollar təşkil edib. Rusiyanın Ermənistana ixracı 22,4% azalaraq 1,1 milyard dollara, idxalı isə 2,8% azalaraq 370 milyon dollara düşüb. Bu rəqəmlərin arxasında isə İrəvan-Moskva münasibətlərindəki soyuqluq, Kremlin adamı sayılan Samvel Karapetyanın həbsi, Rusiyanın təsir rıçaqı olan "Ermənistan Elektrik Şəbəkəsi" ilə bağlı qalmaqal dayanır.

Ötən il və daha əvvəlki illərdə bu rəqəmlər kifayət qədər yüksək olub. Sanksiya altında olan rus biznesi Ermənistandan regional şəbəkə kimi istifadə edib. Əlamətdar haldır ki, ticarət dövriyyəsinin azalması Ermənistan dramının möhkəmlənməsi və qızıl-valyuta ehtiyatlarının artması fonunda baş verir. Bu onu deməyə əsas verir ki, Ermənistan iqtisadiyyatı hələ də ötən illərin ətaləti və yığılmış ehtiyatlarla dəstəklənir. Rusiya ilə Ermənistan arasında ticarət azalır və ilin sonuna qədər çox güman ki, yarıya qədər azalacaq, sonra daha yarıya düşə bilər. İqtisadi nöqteyi-nəzərdən hər şey aydındır, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələrin qırılma anı yaxınlaşır. Bu isə o deməkdir ki, Ermənistan üçün çox çətin bir dövr başlayacaq.

Qərb dəstəkçiləri milli valyuta kursunu dəstəkləmək üçün lazım olan məbləği ödəməyəcək. Eyni zamanda Rusiya bazarının bağlanması, qısamüddətli perspektivdə erməni dövləti üçün pis nəticələrə səbəb olacaq. Eyni zamanda nəzərə alsaq ki, Kreml Ermənistan üzrə kuratorunu dəyişdirib və həbsdə olan Samvel Karapetyan yeni siyasi hərəkətə start verib, demək olar ki, İrəvanla Moskva arasında münasibətlərin əvvəlki formaya qayıtması artıq müşkül görünür. Bu səbəbdən Paşinyanın Pekindəki siyasi manevrləri nəbz yoxlamasından başqa bir şey deyil və Overçuk timsalında Moskva yenə də öz hədəsini və təhdidini İrəvana göndərmiş sayılır.

Bununla belə, qeyd etmək yerinə düşər ki, Rusiya asılılığından qurtulmaq qısamüddətli perspektivdə pis nəticələrə səbəb olsa da, Ermənistan uzunmüddətli perspektivdə iqtisadiyyatını asılılıqdan qurtara bilər. Təsadüfi deyil ki, son dövrlər başda Nikol Paşinyan olmaqla, bir sıra yüksək ranqlı erməni məmurları Vaşinqtonda imzalanan üçtərəfli bəyannaməni şərh edir, Ermənistanı artıq suveren dövlət adlandırırlar. Çünki İrəvan dərk edir ki, iqtisadiyyatın inkişafı, ölkənin sosial və maliyyə problemlərinin ən böyük həll yolu mehriban qonşuluq siyasəti və sülh gündəminə sadiq olmaqdır. Azərbaycanla münasibətləri normallaşdıran Ermənistan paralel olaraq, Türkiyə ilə də problemləri aradan qaldıra, sərhədləri aça və iqtisadi əlaqələr qura bilər. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalayaraq, ticari və iqtisadi əməkdaşlığa start verməsi erməni iqtisadiyyatını canlandıra bilər. 

Baş verən hadisələrin gedişatı, səsləndirilən bəyanat və açıqlamalar da göstərir ki, Paşinyan hökuməti artıq əsas xilas yolunun sülh və sabitlikdən keçdiyini, regional kommunikasiyaların blokdan çıxarılmasında, mehriban qonşuluq siyasətində olduğunu görür və dərk edir. Çünki Moskvanın iqtisadi təsirindən qurtulan Ermənistan hökuməti Azərbaycan  və Türkiyə ilə qurulacaq normal münasibətlər sayəsində inkişaf yoluna qədəm qoya bilər.(Report)

Son xəbərlər

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930