Xəbərlər
5.09.2025, 00:01
“Sözümüzü meydanda deməyə çalışacağıq”
Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq”.
Sentyabrın 5-də reallaşacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay