Yusif Nəğməkar
*Hikmət anlayanlar üçündürsə, anlamaq da hikmətdir.
*İnsanı yandıran dərddir,
Odun elə adı çıxıb...
*Vüsalın şirinliyi həsrət acısının başlanğıcıdır.
*Kor pərvanə şamın yox, axşamın başına dolanar.
*İnsanın antropoloji quruluşu onun milli, irqi mənsubiyyətinin güzgüsü və təsdiqidir.
*Düşünülmüş, ağıllı zəhmət sosial-mənəvi rifaha yönəli investisiyadır.
*Pulun təmizi - qoşa qala,
Çirklisi - başa bəla.
*Dosta baş çəkməyin onu başa çəkməyindir.
*Yoxuş endirməyəni eniş də endirməz.
*Paxıl adam əvvəl ayrı-ayrı insanların gözündən, sonda isə özü öz gözündən düşür.
*Bələk və paltar müvəqqəti, qəbir isə əbədi geyimdir.
*Qadınların "kişiləşməsi" kişilərin "qadınlaşması"na adekvat bir eybəcərlikdir.
*Bir çox "yox"larda "hə", əksər "hə"lərdə də "yox" gördüm.
*Ürək şüşə kimi kövrəkdir, şüşə isə ürək kimi daş deyil.
*Bəzi cəmiyyətdə siyasətlə işi olmayanın işi olmaz...
*Sərxoşlar məclisinin "kraliça"sı olmaqdansa, ayıqlar məclisinin xidmətçisi ol.
*Ysxşılıq etdiyin kəs etdiyin yaxşılığı qanmayanda düşün ki, sən də qanmazsan...
*Yolun başlanğıcı ilə sonu oxşardır, təkcə fərq ondadır ki, hansı yol necə keçilib.
*Kişinin aşırı mehribanlığı da qadını usandırar.
*Qadın zoru da, zorsuzluğu da sevməz.
*Hər susmaq susdurulmaq demək deyil.
*O kəsi dindir ki, susdurmağı da bacaracaqsan.
*Birmənalı olaraq, sevməyən qısqanmır, qısqanmayan sevmir.
*Adını qoruyan odunu qorumalıdır...
*Bildiklərini "bilməyən" adamın sükutuna baş əyin.
*Bəzi qadınlar yalana nifrət edə-edə yalanlardan xoşlanar və yalana uyar.
*Təfərrüatsız informasiyalar həqiqət deyil.
*Vazkeçilməz səhvlər üzürxahlıqla keçməz...
*İnsan yolundan çıxsa da, yol yolluğundan çıxmaz.
*Paxıl və uğursuz adamın yanında öz uğurlarından danışmaq xiffət doğuracaq naqislikdir.
*Saxtakarlıq -- bəxtə karlıq...
*Marağının qədrini bilməyənin qədəri ilə maraqlanma.
*Ona o qədər də -səndən yoxdur-demə,
bir gün görərsən ki, o, həqiqətən də yoxdur.
*Qadın elə bir çıraqdır ki, onun şöləsində dayanıb hər şeyi aydın görə bilərsən.
*Sevilən istedadlı, nüfuzlu adamların adı həmişə istedadsızların "qara güzgüsü"ndə qara kölgə kimi görünər...
*Qürurlu adam güvənli, vüqarlı, ədalətli və etibarlı olur.
(Davamı var)

02.09.2025.


Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930