Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edir.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.


Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Azercell, tərəfdaşlıq çərçivəsində, yarış iştirakçıları və qonaqlar üçün kəsintisiz telekommunikasiya xidmətləri təqdim edəcək. Şirkətin sürətli, etibarlı və dayanıqlı rabitə həlləri tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya proseslərinin effektiv və səmərəli həyata keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, Azərbaycanlı tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.

Azercell ölkədə rəqəmsal ekosistemin inkişafı, gənclərin İT və İKT sahələrində bacarıqlarının artırılması və Azərbaycanın qlobal texnoloji mövqeyinin gücləndirilməsi istiqamətində belə nüfuzlu beynəlxalq layihələrə dəstək verməyə davam edir.

Son xəbərlər

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930