
Xəbərlər
6.08.2025, 00:32
GÜLNARƏ MƏHƏMMƏDQIZI : Bildi ancaq könül barı, İlahi...FOTO
Taleyə Yazılan Şeir
Bir bəxtəm ki, yazılmışam taleyə,
Qismətimdən payım düşüb hər yerə.
Ağac kimi qollar açdım göylərə –
Görən çatdı dualarım, İlahi...
Gözdəmədən vədəsinə çəkdi söz,
Məftun etdi peymanına əhdə söz,
Gizlətsə də bəlli etdi bunu göz,
Nə şirinmiş bu anların ,İlahi..
Həna yaxdım zəhmətimin telinə,
Alın yazım döndü şeir dilinə.
Qurban dedim aylarımı, ilimə –
Ömürdənmiş say-sanlarım, İlahi...
Hər gülümdə bir tikanım qanadı,
Yalnız məni duyan qəlblər anladı.
Susqun gecəm ulduzları sanadı –
Varmı mən tək, gör taylarım, İlahi?
Min çağırış sükutumda dilləndi,
İçimdəki alov sönmək bilmədi.
Ötdü zaman, izlərimi silmədi –
Bələdçiymiş hər aylarım, İlahi...
Əyilmədim küləklərə mən əsla,
Daşındım mən diləklərə vəhd səslə.
Gah da çatdım mələklərə həvəslə,
Yara- yara qayaları ,İlahi...
Bir qadın tək çərçivəmə sığmadım,
Hədlərimi nə aşmadım,çıxmadım,
Səbrim ilə güvənimi saxladım,
Al ,rənglərlə boyalandım ,İlahi...
Yorulmadan hey daşıdım yükümü,
Bir dua tək boynumdakı hökmümü,
Göz yaşımla əritdiyim dözmümü –
Bildi ancaq könül barı, İlahi...
Qismətimdən payım düşüb hər yerə.
Ağac kimi qollar açdım göylərə –
Görən çatdı dualarım, İlahi...
Gözdəmədən vədəsinə çəkdi söz,
Məftun etdi peymanına əhdə söz,
Gizlətsə də bəlli etdi bunu göz,
Nə şirinmiş bu anların ,İlahi..
Həna yaxdım zəhmətimin telinə,
Alın yazım döndü şeir dilinə.
Qurban dedim aylarımı, ilimə –
Ömürdənmiş say-sanlarım, İlahi...
Hər gülümdə bir tikanım qanadı,
Yalnız məni duyan qəlblər anladı.
Susqun gecəm ulduzları sanadı –
Varmı mən tək, gör taylarım, İlahi?
Min çağırış sükutumda dilləndi,
İçimdəki alov sönmək bilmədi.
Ötdü zaman, izlərimi silmədi –
Bələdçiymiş hər aylarım, İlahi...
Əyilmədim küləklərə mən əsla,
Daşındım mən diləklərə vəhd səslə.
Gah da çatdım mələklərə həvəslə,
Yara- yara qayaları ,İlahi...
Bir qadın tək çərçivəmə sığmadım,
Hədlərimi nə aşmadım,çıxmadım,
Səbrim ilə güvənimi saxladım,
Al ,rənglərlə boyalandım ,İlahi...
Yorulmadan hey daşıdım yükümü,
Bir dua tək boynumdakı hökmümü,
Göz yaşımla əritdiyim dözmümü –
Bildi ancaq könül barı, İlahi...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





