Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib.
O, səfərin bölgədəki çoxsaylı tərəfdaşlarla əlaqə qurulması ilə bağlı olduğunu qeyd edib.